• cümə, 29 Mart, 09:20
  • Baku Bakı 5°C

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

09.07.13 15:03 1245
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
APA-nın Britaniya hökumətinin saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə təyin olunan İrfan Sıddık bu ilin avqust ayında fəaliyyətə başlayacaq.
İ. Sıddık 1998-ci ildən Britaniya XİN-də çalışır. O, diplomat kimi Hindistan, Misir, Suriya, İraq və ABŞ-da fəaliyyət göstərib. İ. Sıddık Cek Strou və Marqaret Bekket xaric işlər naziri vəzifəsində çalışarkən onların şəxsi katibi olub.
İ. Sıddık Azərbaycanda səfir kimi çalışmaqdan məmnun olacağını açıqlayıb: “Azərbaycan zəngin mədəni irsə, dinamik iqtisadiyyata malik olan, strateji önəmə sahib ölkədir. Mən Azərbaycanda çalışmaq, bu ölkəni və onun insanlarını yaxından tanımağı çox istəyirəm. Britaniyanın maraqlarını və dəyərlərini Azərbaycanda inkişaf etdirmək və ikitərəfli əlaqələri daha da möhkəmləndirmək naminə çalışacağım üçün çox şadam”.
banner

Oxşar Xəbərlər