• çərşənbə, 24 Aprel, 03:09
  • Baku Bakı 14°C

BVF Ukraynaya maliyyə yardımı göstərəcək

09.01.19 11:00 537
BVF Ukraynaya maliyyə yardımı göstərəcək
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya maliyyə yardımının ikinci və üçüncü tranşlarını 2019-cu ilin sonuna kimi köçürəcək.
AZƏRTACyerli mətbuata istinadla xəbər verir ki, bu tranşların ümumi məbləği 2,6 milyard dollardır.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukraynaya 14 ay ərzində 3,9 milyard dollar vəsaitin verilməsi barədə qərar qəbul edib.
BVF-nin 14 aylıq maliyyə proqramı yardımının birinci tranşı 1,3 milyard dollar təşkil edib.
Fondun bu qərarı Ukraynada makroiqtisadiyyatın sabitləşməsinə xidmət edir.
banner

Oxşar Xəbərlər