• cümə axşamı, 28 mart, 16:18
  • Baku Bakı 16°C

BVF Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb

09.10.18 13:15 470
BVF Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb
Beynəlxalq Valyuta Fondu (BVF) yaxın illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb.
Trend-in məlumatına görə, bu barədə "World Economic Outlook”un hesabatında deyilir.
Proqnozlara əsasən, 2018-ci il üçün Azərbaycanda inflyasiya 3,5 faiz, 2019-cu ildə 3,3 faiz, 2023-cü ildə 3 faiz təşkil edəcək.
Azərbaycanda inflyasiya MDB regionunda ən aşağı səviyyədə olub.
Qeyd edək ki, aprel ayında BVF Azərbaycanda inflyasiyanın 2018-ci ildə 7 faiz, 2019-cu ildə 6 faiz, 2023-cü ildə 4 faiz təşkil edəcəyini proqnozlaşdırmışdı.
banner

Oxşar Xəbərlər