• şənbə, 20 Aprel, 18:14
  • Baku Bakı 24°C

BVF Azərbaycanda aparılan islahatları dəstəkləyir

27.05.16 21:09 1103
BVF Azərbaycanda aparılan islahatları dəstəkləyir
İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, görüşdə Azərbaycan və BVF arasında əməkdaşlıq, yeni iqtisadi şəraitlə bağlı ölkəmizdə makroiqtisadi vəziyyət və həyata keçirilən geniş islahatlar, o cümlədən biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar, ölkə iqtisadiyyatının prioritetləri barədə müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayıb, Azərbaycan iqtisadiyyatı, son zamanlar iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, sahibkarlığın stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb, gömrük prosedurları sadələşdirilib, Apelyasiya Şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilib və belə tədbirlər davamlı olacaqdır.

Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən BVF ilə əməkdaşlığa önəm verdiyini qeyd edən nazir Şahin Mustafayev ölkəmizdə həyata keçirilən islahatlarda, makroiqtisadi sabitliyin qorunması, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində beynəlxalq maliyyə qurumlarının da rolunun olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycanda iqtisadi sahədə aparılan çevik islahatlar barədə fikirlərini bildirib, Fondun bu addımları dəstəklədiyini vurğulayıb. Qeyd edilib ki, hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Görüşdə cari ilin gözlənilən makroiqtisadi göstəriciləri barədə fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər