• cümə axşamı, 25 aprel, 14:51
  • Baku Bakı 23°C

“Buzlu ürək” filminin personajı ol və Avropaya səyahət qazan!

09.12.13 15:05 1781
“Buzlu ürək” filminin personajı ol və Avropaya səyahət qazan!
Park Cinema uşaqların ən çox gözlədiyi “Buzlu ürək” animasiya filminin ekranlara çıxması ilə bağlı uşaq foto müsabiqəsinin keçiriləcəyini elan edir.
Dekabrın 12-dən Park Cinema şəbəkəsində ilin ən şən və yaddaqalan müsabiqəsi start götürür. Kinoteatr azyaşlı qonaqları “Buzlu ürək” filminin Hans, Elza, Anna, Kristofer və s. sevilən qəhrəmanlarından birinin kostyumunda Park Cinema-da şəkil çəkdirib müsabiqədə iştirak etməyə dəvət edir.
Park Cinema-nın Facebook səhifəsində ən çox səs toplamış iştirakçının fotosu qalıb seçiləcək və o, anası ilə birlikdə Avropaya üç günlük səyahət qazanacaq! Müsabiqənin şərtlərinə görə, iştirakçının Park Cinema kinoteatrlarının birində cizgi filminin qəhrəmanı obrazında çəkilən 1 (bir) şəklini [email protected] ünvanına yollamaq lazımdır. Foto www.facebook.com/parkcinema səhifəsində yerləşdiriləcək. Ən çox səs (“like”) qazanan foto qalib hesablanacaq. Qalib anası ilə birlikdə Avropaya üç günlük səyahət qazanacaq.
Səsvermə 12.12.2013 tarixində başlayıb film prokatda olan müddət ərzində davam edəcək. Lakin saxta profillərdən verilən səslər hesablanmayacaq.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
banner

Oxşar Xəbərlər