• cümə axşamı, 25 aprel, 12:54
  • Baku Bakı 23°C

Bütün nailiyyətlərin arxasında güclü Azərbaycan dövləti dayanır

10.08.19 21:52 5719
Bütün nailiyyətlərin arxasında güclü Azərbaycan dövləti dayanır
Son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün qazandığımız bütün nailiyyətlərin arxasında güclü Azərbaycan dövləti dayanır.
Bu sözləri Avrasiya Kombat Ciu-Citsu Federasiyasının və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil AcalovAZƏRTAC-a müsahibəsində bildirib.
Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan A.Acalov deyib: "Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Gənclər və İdman Nazirliyinin, ardınca İdman Fondunun təsis olunması bədən tərbiyəsi və idman sahəsində ciddi dönüşə zəmin yaratdı. Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasət həmin dövrdən İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. İdman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallaşmasına imkan yaradılması müstəqil respublikamızda idmanın daha sürətli tərəqqisini təmin etdi. Bu sahəyə qoyulan sərmayələr, maddi-texniki bazanın möhkəmləndirilməsi, idmançılara dövlət qayğısının artırılması istiqamətində atılan addımlar ilk dövrlərdən bəhrəsini verməyə başladı. Ulu öndər Heydər Əliyevin "Ölkəmizdə bədən tərbiyəsi və idmanı ümumxalq hərəkatına çevirməliyik” ideyası qısa müddətdə real həyatda da ən yüksək formada əksini tapdı. Bu gün reallaşdırılan uğurlu idman siyasəti və dövlətin bu sahəyə qayğısı nəticəsində ölkəmizdə idmanın kütləviliyi təmin edilib”.
İctimai Birliyin prezidenti son illər Azərbaycanın mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə idman dövləti olduğunu sübuta yetirdiyini xatırladaraq bildirib: "Azərbaycan ötən illərdə yerli və beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bir daha təsdiqlədi. Məhz yüksək təşkilatçılıq qabiliyyəti bir sıra tədbirlərin Azərbaycanda keçirilməsinə şərait yaradıb. Bu, həm böyük məsuliyyət, həm də uğurlu təşkilatçılıq qabiliyyəti sayəsində əldə olunan mühüm nailiyyətdir. Çünki bir ölkədə siyasi, iqtisadi, idman və digər sahələrdə əldə olunan inkişaf vəhdət təşkil etdikdə bu, dövlətin ümumi tərəqqisində və beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında həlledici rol oynayır”.
banner

Oxşar Xəbərlər