• cümə, 29 Mart, 19:52
  • Baku Bakı 14°C

Bütün mövsümü üstələyən Ronaldo sevgisi

17.09.18 10:25 720
Bütün mövsümü üstələyən Ronaldo sevgisi
Kriştiano Ronaldo hələ "Yuventus”un heyətində qol vura bilməsə də, artıq klub üçün böyük xidmət göstərib.
Kaspi.az xəbər verir ki, Ronaldonun transferi "Yuventus”un forma satışına böyük təsir göstərib. Turin nəhənginin iyul-avqust ayında satdığı forma sayı bütün mövsüm ərzində satdığından çox olub.
Ötən mövsümün ilk iki ayı ilə müqayisədə forma satışı 145 faiz artıb. Təbii ki, iyul-avqust ayında ən çox məhz Ronaldonun forması satılıb.
Onun formalarına ən çox tələbat İtaliyada olub. Ancaq İspaniya və İngiltərədə də "Yuve”li Ronaldonun formalarını alanlar kifayət qədər çoxdur.
banner

Oxşar Xəbərlər