• cümə axşamı, 28 mart, 21:35
  • Baku Bakı 13°C

Bütün ölkələr Azərbaycan Prezidentinin Qarabağla bağlı açıq mesajını dəstəklədi

27.10.19 21:00 1527
Bütün ölkələr Azərbaycan Prezidentinin Qarabağla bağlı açıq mesajını dəstəklədi
Qoşulmama Hərəkatının üzv ölkələrinin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş və vacib yekun sənədlərin qəbul edilməsi ilə yadda qalan iki günlük Zirvə Görüşü Azərbaycan üçün ciddi siyasi hadisədir. Bundan əlavə, Zirvə Görüşü davam edən münaqişələr fonunda bölgə və dünya üçün vacibdir. Bunu Trend-ə tanınmış özbək politoloq Şuxrat Barlas deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu nüfuzlu quruma sədr seçilməsi ilk növbədə dövlət siyasətinin və milli diplomatiyanın uğurudur: "Azərbaycana çox məsuliyyətli bir missiya həvalə edilib və bu, mənim fikrimcə, özünü etibarlı strateji tərəfdaş, Cənubi Qafqazın lider dövləti, eləcə də Avropanın enerji təhlükəsizliyinin qarantı kimi göstərmiş ölkəyə olan böyük etimadın və hörmətin göstəricisidir. Azərbaycan müstəqilliyini qazandıqdan bəri səriştəli daxili və xarici siyasət aparır. Bu fakt uğurla inkişaf edən iqtisadi modeli, həmçinin Azərbaycanın region ölkələri və dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığını əyani şəkildə göstərir. Əminəm ki, Qoşulmama Hərəkatına sədrlik etdiyi növbəti üç il ərzində Azərbaycan dünya siyasətindəki imicini daha da möhkəmləndirəcək və beynəlxalq gündəmdəki vacib məsələlərin həllində irəliləyişə nail olacaq. Eyni zamanda, bəllidir ki, Azərbaycan bu qurumun fəaliyyətini yaxşılaşdırmaq üçün səy göstərməlidir ki, BMT-nin hələ də praktiki olaraq tətbiq edilməmiş sənədləri və qətnamələrinin icrasına təsir göstərə bilsin. Bu, həmçinin həlli Azərbaycan üçün prioritet olan Dağlıq Qarabağ münaqişəsinə də aiddir".
Özbək politoloq qeyd edib ki, Qoşulmama Hərəkatının sədrliyi dövründə Azərbaycan çoxillik münaqişənin həllində irəliləyişə nail ola bilər: "İnanıram ki, bu Zirvə Görüşünün Bakıda keçirilməsi faktı Ermənistanın işğalçılıq siyasətinə ciddi zərbə vurdu, çünki bu, bütün dünyanın diqqətini Qarabağ məsələsinə cəlb etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və Azərbaycanın bu münaqişənin öz sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu açıq və aydın şəkildə ifadə etdi. Əlbətdə ki, bu, dövlət başçısının Ermənistan hökumətinə ünvanladığı açıq və birmənalı mesaj idi və bu mesaj dünyanın yüzdən çox ölkəsinin nümayəndəsi tərəfindən eşidildi və dəstəkləndi".
Politoloq əlavə edib ki, Azərbaycanın Türk Şurasına və Qoşulmama Hərəkatına sədrliyi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün güclü bir rıçaq yaratmağa xidmət edəcəkdir.

banner

Oxşar Xəbərlər