• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

Bütün komandanın uğursuzluğu

17.01.14 07:38 1199
Bütün komandanın uğursuzluğu
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına müsahibəsində Antalya toplanışı çərçivəsində yoxlama oyununda komandasının “Konyaspor”a 2:4 hesablı məğlubiyyəti, komandanın problemləri və gələcək hazırlıq barədə danışıb.
- Türkiyə toplanışının birinci mərhələsindən razısınız?
- Komandanın hazırlığından çox razıyam. İlk mərhələni başa vurduq. 11 gün ağır ikidəfəlik rejimdə çalışmışıq.
- Komandanızın Türkiyənin "Konyaspor" klubuna məğlubiyyəti haqda nə deyə bilərsiniz?
- Məğlubiyyətə rəğmən, oyundan razıyam. Bəli, buraxılmış toplara səbəb olan səhvlər vardı. Ancaq yaxşı şeylər də çox idi. Digər tərəfdən, bu gün fiziki cəhətdən daha yaxşı görünən çox yaxşı komandaya qarşı oynayırdıq.Biz Türkiyə Superliqasının komandasına qarşı layiqli oynadıq.
- Çoxlarının fikrincə, "Qəbələ"yə müdafiəni gücləndirmək lazımdır.
- mən də bu fikirlə razıyam. Biz artıq braziliyalı Rafael Santosla müqavilə imzalamışıq və Erqaş Daronu baxışdan keçiririk. Sağ cinahda Ruslan Tağızadə ilə güclənmişik. Demək, gördüyünüz kimi, boşuna vaxt itirmirik. Ancaq bu gün ən böyük itkimiz zədəsini sağaltmaqla məşğul olan Ebesiliodur. Meydanın mərkəzində səmərəli fəaliyyətdə onun yeri görünür. O, qol vura və səmərəli ötürmə verə bilər. Ümid edirəm ki, o, yaxın vaxtlarda sıralarımıza dönəcək və komandanı gücləndirəcək.
- Konya komandasından buraxılmış dörd qol müdafiənin problemidir, yoxsa rəqibin gücünün nəticəsidir?
- Bu, yalnız müdafiəçilərin deyil, komandanın bütün oyunçularının uğursuz müdafiə fəaliyyətinin nəticəsidir.
- Əvvəlki iki oyunda hər hissədə yeni heyət meydana çıxırdı. Son görüşdə cəmi üç əvəzetmə oldu. Bu, nə ilə bağlıdır?
- Bu, bizim proqramımızdan irəli gəlir. İlk oyunlarda məzuniyyətdən sonra oyunçular 90 dəqiqə oynamaq iqtidarında olmur. Ancaq indi, hazırlıq bizə oyunçuları bütün oyun müddətində meydanda saxlamağa imkan verir. Artıq mütləq yüklənməni almaq vaxtıdır.
- Bəzən “Qəbələ”nin hücuma həddən çox aludə olduğunu hesab etmirsiniz ki?
- Bəli, siz haqlısınız. Biz müvazinəti tapmalıyıq.
- Bəs sonra?
- Oyunçulara iki istirahət günü veriləcək. Sonra yekun mərhələyə başlayacağıq. Burada daha dörd yoxlama oyunu nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər