• şənbə, 20 Aprel, 13:52
  • Baku Bakı 23°C

Bütün gün ərzində içirmiş

23.01.19 12:30 651
Bütün gün ərzində içirmiş
"Mançester Yunayted”in sabiq kapitanı Rio Ferdinand alkoqolizmlə apardığı mübarizədən danışıb.
Kaspi.az xəbər verir ki, Ferdinand "Vest Hem”də oynadığı zaman alkoqolizmdən əziyyət çəkib. O, gənc yaşlarında həddindən artıq çox içdiyini etiraf edib:
"Gənc yaşlarımda özümə nəzarət edə bilmirdim. Həddindən çox içirdim. Təxminən gün ərzində 9-10 bakal pivə içirdim.
Ondan sonra arağa dadandım. Bütün gün ərzində içirdim. Yatırdım, ayılırdım, davam edirdim.
Karyeramda təəssüf etdiyim məqam da məhz budur. Həddindən artıq çox içirdim. Demək olar ki, məndən çox içən futbolçu yox idi. Ağılsızlıq edirdim. "Vest Hem”də sanki alkoqol mədəniyyəti mövcud idi. Futbol, içki, gecə klubları. "Vest Hem”də oynayarkən belə yaşayırdım”.
banner

Oxşar Xəbərlər