AZE | RUS | ENG |

“Buta” filmi “Oskar“a təqdim olundu

“Buta” filmi “Oskar“a təqdim olundu
Əli İsa Cabbarov: “Bu il on iki film sırasına düşsək, bu çox böyük uğur olar”


Azərbaycanın “Buta” filmi “Oskar” mükafatına təqdim olunub. Oskar Milli Komitəsinin üzvü Əli İsa Cabbarovun APA-ya verdiyi məlumata görə, film ilkin mərhələdən uğurla keçib.
Film beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə komitənin seçimi ilə Amerikaya göndərilib: ““Buta” filmi artıq “Oskar”ın ilkin siyahısına daxil edilib və bu siyahıda 40 film var. Növbəti mərhələyə 12, son mərhələyə isə 5 film keçəcək. Bu il on iki film sırasına düşsək, bu çox böyük uğur olar. Çünki “Buta”, həqiqətən də, beynəlxalq layihələrdə uğurlar əldə edir”. Komitə üzvünün sözlərinə görə, film “Ən yaxşı xarici film” nominasiyasında təqdim olunub. Ötən illər ərzində Milli Komitə tərəfindən “Oskar”a “Qala” və “Sahə” filmləri göndərilib. Ə.Cabbarovun sözlərinə görə, növbəti mərhələnin yekunları dekabr ayında açıqlanacaq.
“Buta” filmi “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalıdır. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. "Buta" filmi artıq Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib.
Film ötən il Asiya-Sakit Okean Kino Akademiyasının “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olub, Keyptaun (CAR) şəhərində keçirilən “Cape Winelands Film Festival”ın Qran-pri mükafatını və ABŞ-ın “World Fest – Houston International Film Festival”ında “Platinum Remi” mükafatını əldə edib. Bundan başqa, film “Humay” Milli Mükafatının da laureatı olub.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967