• cümə, 29 Mart, 19:31
  • Baku Bakı 14°C

Burulğana düşən “axın”

25.09.20 16:30 1080
Burulğana düşən “axın”
Rusiyanın ən iri layihəsinin reallaşması yenə də sual altındadır
Qərb, xüsusən də Birləşmiş Ştatlarla Rusiya arasında uzun müddətdir ki, gərginlik mövzusuna çevrilən "Şimal Axını-2” layihəsi növbəti problemlə üzləşib. Bəllidir ki, Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmağı planlayan Birləşmiş Ştatlar, imkan düşən kimi bundan yararlanmağa çalışır. Və deyəsən, indi belə bir imkan yaranıb. Layihənin reallaşması istiqamətində son işlərin getdiyi bir ərəfədə növbəti bir hadisə yenidən vəziyyəti gərginləşdirib. Söhbət rusiyalı bloger, Kremlin sərt tənqidçisi Aleksey Navalnının zəhərlənməsi və bunun ətrafında yaşananlardan gedir. Navalnı müalicə üçün Almaniyaya aparıldıqdan dərhal sonra layihənin dayandırılması, Rusiyaya qarşı sanksiyaların tətbiqi ətrafında ittihamlar səsləndi.

Məsələ o qədər qəlizləşib ki, ABŞ Dövlət katibi Mayk Pompeo "Şimal Axını-2” qaz kəmərinin tikintisini bitirməyə müqavimət göstərmək üçün koalisiya yaratmaq niyyətini ortaya qoyub.

Ümid etdiyini bildirib ki, "Şimal Axını-2” başa çatmayacaq. Pompeo "Şimal Axını-2” kəmərinin təkcə Avropaya yox, Ukraynaya da təhdid olduğunu söyləyib.

Qarşı tərəf - Rusiya da buna reaksiya verib. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib ki, Vaşinqton üçün "Şimal Axını-2” layihəsinin qapadılması həddən artıq vacibdir.

"Amerikalılar açıq təhdidlərlə bərabər, Avropa ölkələrində fərqli məxfi kanallarla "Şimal Axını-2” tikintisinin dayandırılması tələbi ilə kampaniya başladıblar. Bu layihənin Polşa, Litva, Latviya, Estoniya və Ukrayna tərəfindən hücumlara məruz qalması təəccüblü deyil. Onlar Vaşinqtona özlərinin yararlı olduğunu nümayiş etdirməyə cəhd edirlər”, – deyə o bildirib. Narışkin Avropa İttifaqında soyuq qış öncəsi sağlam məntiqin olacağına ümid etdiyini söyləyib: "Rusiya "Şimal Axını-2”olmadan da Avropanırazılaşdırılmış qaz nəqliilətam həcmdə təmin edə bilər, lakin bu,həm satıcı, həm də alıcı üçün baha başa gələcək”.Dövlət Dumasının Energetika Komitəsinin rəhbəri və RusiyaQaz Cəmiyyətinin prezidenti Pavel Zavalnidaiqtisadi layihənin siyasi çəkişmələr predmeti olmasından təəssüfləndiyini bildirib."Məsələ heç də amerikalıların öz qazını yalnız sıxılmış maye şəklində nəql etmək istəməsində deyil, həm də bizim qazımızdan baha olması və Avropa bazarında rəqabət qabiliyyətini itirməsindədir.Amma qaz kəməri layihəsindən bizi AlmaniyavəAvropa İttifaqı, bütün dünya ilə mübahisəyə çəkməküçün geosiyasi məqsədlər üçün istifadə etməyə çalışırlar", - deyədeputatqeyd edib.

Almaniyanın mövqeyi necə olacaq?
Məsələ ondadır ki, Berlin, layihənin reallaşmasının əsas müdafiəçilərindən biri olub və Navalnı işi və qaz kəmərinin tikintisini bir-biri ilə əlaqələndirməməyi irəli sürsə də, bu təklif keçməyib. Lakin AFR-in hərbi toksikoloqlarıNavalnının"Noviçok” qrupu maddələri ilə zəhərləndiyinə dairxəbər verdikdən sonraalman hökumətinin üslubu dabir qədər dəyişdi.Almaniyanın xarici işlər naziri Hayko Maasbəyan etdiki,Berlinin "Şimal Axını-2” ilə bağlı mövqeyi Rusiyanın Navalnı insidenti ilə bağlı atacağı addımlardan asılı ola bilər. Kansler Angela Merkeldəonun mövqeyini dəstəklədi. Bununla yanaşı,Polşa hökumətinin mətbuat katibi Pyotr Müller bildirib ki, ölkə hakimiyyəti Berlinin "Şimal Axını - 2” qaz kəmərindən istifadədən imtina edəcəyi təqdirdə, qazın nəqli üçün AFR-ə öz infrastrukturunu təklif edə bilər. Onun sözlərinə görə,"Şimal Axını-2” kimi təşəbbüslər həmrəylik və enerji təhlükəsizliyi ideyasına ziddir.

Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss etmişdi. Təyyarə təcili qaydada Omsk şəhərinə enmişdi. Daha sonra qohumları Aleksey Navalnının müalicə üçün Almaniyaya göndərilməsinə nail olmuşdu.

Almaniyanın xarici işlər naziri Kremlin yaxın gələcəkdə Aleksey Navalnının zəhərlənməsi barədə məlumat verməyəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasının mümkünlüyünü istisna etməyib. Heiko Maas Almaniyanın"Bild am Sonntag”qəzetinə hücumun arxasında Moskvanın olduğuna dair "bir neçə əlamət" olduğunu bildirib. "Əgər hökumətin hücumla heç bir əlaqəsi yoxdursa, bunu faktlarla təsdiq etmək onun öz marağındadır. Yaxın günlərdə Rusiya nə baş verdiyini aydınlaşdırmağa kömək etməsə, müttəfiqlərimizlə cavab tədbirlərini müzakirə etmək məcburiyyətində qalacağıq", - Maas bildirib. O qeyd edib ki, hər hansı sanksiya "hədəfləyici" olmalıdır. Almaniya hazırda Avropa İttifaqına liderlik edir. "Bizim Rusiya hökumətinin bu ağır cinayətin üstünü açacağı ilə bağlı gözləntilərimiz yüksəkdir", - Maas vurğulayıb: "Əgər hökumətin hücumla heç bir əlaqəsi yoxdursa, bunu faktlarla təsdiq etmək onun öz marağındadır". Maas, inşası davam edən 11 milyard dollarlıq "Şimal Axını-2” qaz kəmərinə qarşı sanksiyaları da istisna etməyib. "Mən ümid edirəm ki,... Rusiya tərəfi bizi "Şimal Axını-2” ilə bağlı mövqeyimizi dəyişdirməyə məcbur etməyəcək" – deyə, o bildirib. Nazir, Almaniyanın müvafiq qiymətləndirmədən sonra layihənin potensial ləğvi ilə bağlı addım atmaqdan çəkinməyəcəyini və sanksiyalarla bağlı müzakirələrin bir maddəyə "endirilməməli” olduğunu bildirib. "Noviçok yalnız az sayda insan tərəfindən əldə edilə bilər və bu zəhərdən Rusiya xüsusi xidmət orqanları tərəfindən keçmiş agent Sergey Skripala qarşı istifadə edilmişdi", - Maas"Bild am Sonntag”qəzetinə bildirib.
Kreml məsələni qarışdırmamağa çağırır
Kremlin sözçüsü Dmitri Peskov müxbirlərlə videobağlantı vasitəsilə keçirdiyi mətbuat konfransında deyib ki, Navalnı məsələsi müzakirə olunarkən "Şimal Axını 2” kəmərinin məsələsi qaldırılmamalıdır: "Bu məsələ siyasiləşdirilmiş kontekstdə müzakirəyə çıxarılmamalıdır. Bu həm Rusiyanın, həm də Avropa İttifaqı ölkələrinin, ən ümdəsi Almaniyanın marağında olan kommersiya layihəsidir”. Rusiyanın hakimiyyət orqanları Navalnının zəhərlənməsi ilə bağlı cinayət təhqiqatı aparmaqdan imtina edir. Moskva bildirir ki, zəhərlənməyə dair tutarlı dəlillər yoxdur. Peskov deyib ki, Moskva bu məsələdə Almaniya ilə əməkdaşlıq etməyə can atır, amma indiyədək onun cəhdlərinin qarşısı alınıb: "Berlin Navalnının başına gələnlərlə bağlı təhqiqat və aydınlaşdırma tələb edir. Bu məsələdə irəliləyişə nail olunması və bütün təfərrüatın aydınlaşdırılması üçün Almaniya ilə əməkdaşlıq mühümdür. Rusiya əməkdaşlığa can atır, amma onun səylərinə indiyədək qarşılıq verilməyib”. "Şimal Axını- 2” kəməri, Rusiyadan Almaniyaya qaz nəql edən mövcud "Şimal axını 1” kəmərinin tutumunu iki dəfə artırmalıdır. Kəmərin 90 faizi tikilib və 2021-ci ilin əvvəllərində istifadəyə verilməlidir.

Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko söyləyib ki, Navalnı hadisəsi ilə bağlı yaranmış vəziyyət "Şimal Axını-2” layihəsinə təsir etməməlidir. "Biz verilmiş bəyanatların hamısını eşidirik. Lakin bizim mövqeyimiz bəllidir. Bu ticari layihədir və siyasətdən kənar qalmalıdır”, - deyə o, jurnalistlərə bildirib. O, həm də ABŞ prezidenti Donald Trampın Navalnının zəhərlənməsi səbəbindən bu layihədən imtina olunması bəyanatına da şərh bildirib. "Burada yeni heç nə yoxdur. Onlar davamlı və sistematik olaraq "Şimal Axını-2” layihəsinə qarşı mübarizə aparırlar. Sonunda Avropa, əgər vassal vəziyyətinə düşmək istəmirsə, öz milli maraqlarını ifadə etməyə güc tapmalıdır”.
ABŞ sanksiyaları gündəmə gətirib
Vaşinqton qaz kəmərinə görə sanksiyalar tətbiq etmək hədələrini gerçəkləşdirə bilər. Bu barədə ABŞ-ın enerji naziri Rik Perri deyib. Perri Rusiyanı "məsuliyyətli təchizatçı” olmaqdan və öz ehtiyatlarından "nüfuz və pozuculuq” üçün sui-istifadəni dayandırmağa çağırıb. "Şimal Axını-2” layihəsi hazırda Avropa İttifaqına nəql olunan Rusiya qazının (ildə 110 milyard kubmetr) həcmini iki dəfə artırmalıdır. Bu, Avropa İttifaqının bütün qaz istehlakının 25 faizini təşkil edir. Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək 1230 kilometrlik kəmər ənənəvi tranzit olan Ukrayna ərazisindən yan keçməlidir.

"ABŞ"Şimal Axını - 2”layihəsinə qarşı cəzalandırıcı tədbirlər elan edə bilərmi”sualına Perry"bəli”cavabını verib. O, sanksiyaların "Şimal Axını 2” layihəsinin hansı mərhələsində gercəkləşə biləcəyi barədə suala cavabdan yayınıb. Birləşmiş Ştatlar, Polşa və Baltik ölkələri, habelə bir neçə Avropa İttifaqı üzvü bu layihə ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bir çox siyasətçilər bu qənaətdədirlər ki, layihə Qərbi Avropanın Rusiya qazından asılılığını artıracaq.

ABŞ prezidenti Donald Tramp "Şimal Axını 2” layihəsində iştirak edən şirkətlərə sanksiya qoymaq səlahiyyəti verən fərman imzalayıb. Bu layihəyə "Qazprom”la yanaşı bir sıra Avropa investorları sərmayə yatırıblar. Kreml israr edir ki, "Şimal Axını 2” layihəsinə qarşı mümkün sanksiyalar iqtisadi motivlidir və ABŞ-ın maye qazının maraqlarına xidmət edir. Perri Moskva görüşü zamanı deyib ki, bu kəmər "dar və dayaz dəniz məkanında” təhlükəli vəziyyət yarada bilər. O əlavə edib ki, ABŞ avropalıların yeganə təchizatçıdan asılı olmamaq istəyini və rəqabətliyin artmasını dəstəkləyir.

Bir faktı da qeyd edək ki, ötən ilin sonundaABŞ Konqresi2020-ci maliyyə ili üçün müdafiə büdcəsi haqqında qanun layihəsini təsdiqləyib. Sənəddə"Şimal Axını-2”tikintisində iştirak edən 350 şirkətə qarşı sanksiyalar nəzərdə tutulur. Vaşinqton podratçılardan qaz kəməri üzərində işin dərhal dayandırılmasını tələb edir. Ayın 21-də sanksiyalar qüvvəyə minib. Bundan sonra boru və kabellərin su altından çəkilməsi üzrə ixtisaslaşan İsveçrənin "Allseas” şirkəti öz borularını Baltik dənizindən geri qaytarmalı oldu.Bu o zaman idi ki, Bundestaqda ABŞ-ı siyasətin "ac şir”i adlandırırdılar. İndi məhdudiyyətlər "Şimal Axını-2”-nin tikinti iştirakçıları ilə işləyən sığorta şirkətlərinə də şamil edilə bilər.

ABŞ-ın sanksiyalarından və təhdidlərindən sonra Almaniya siyasətçiləri arasında qaz kəmərinin tikintisinin başa çatdırılmasının tərəfdarlarının sayı xeyli artıb. Məsələn, Almaniya parlamentinin xarici məsələlər komitəsinin üzvüRoderix Kizevetterəvvəllər "Şimal Axını-2”-yə qarşı çıxırdı. Lakin Vaşinqtonun hədələri onda daha çox sual doğurub. "Mən başa düşmürəm ki, "Şimal Axını-2” layihəsiABŞ-ın milli təhlükəsizliyinə nə kimi problem yarada bilər”,– deyə o qeyd edib.

Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, ABŞ-ın Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmaq planı elə də asan olmayacaq. Rusiya nəyin bahasına olursa-olsun bu kəməri reallaşdıracaq. Və bu, ona əlavə vəsaitlər hesabına başa gəlsə belə. Belə baxanda, elə Vaşinqtona da bu lazımdır. Rusların daha çox pulu sərf olunsun. Kəmərin rentabelliyi, gəlir gətirmə müddəti bir qədər də uzansın. Bütövlükdə isə hər şey hadisələrin sonrakı gedişindən asılı olacaq. Bu irimiqyaslı layihə Kreml üçün artıq iqtisadi məsələdən çox, siyasi məsələyə çevrilib.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər