• cümə, 29 Mart, 12:37
  • Baku Bakı 14°C

Buraxılış imtahanlarının vaxtı dəyişdiriləcək

25.11.14 11:31 1005
Buraxılış imtahanlarının vaxtı dəyişdiriləcək
APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, Nazirlər Kabinetinin Avropa Oyunları ilə bağlı qərar verib.
Onun sözlərinə görə, bu vaxta kimi buraxılış və qəbul imtahanlarının vaxtı ilə bağlı cədvəl yanvarın sonunda ictimaiyyətə təqdim olunurdu: “Gələn il isə Avropa Olimpiya oyunlarının keçirilməsini nəzərə alaraq buraxılış imtahanlarının vaxtından əvvəl, yəni Olimpiadadan öncə keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı təkliflər Təhsil Nazirliyinə göndərilib. Məktəblərdə mayın 30-da “Son zəng”dir. Həmin günün səhəri isə buraxılış imtahanlarında iştirak etmək mümkün deyil. Ona görə hazırda Təhsil Nazirliyi ilə birgə imtahan gününün tarixini dəqiqləşdiririk. Məsələ onlarla müzakirə olunub, dəqiq cədvəl təqdim ediləcək. Yalnız Bakıda keçirilən imtahanlara deyil, bütövlükdə ölkə üzrə keçirilən buraxılış imtahanlarının vaxtı dəyişiləcək”.
banner

Oxşar Xəbərlər