Buraxılış imtahanları yeni modellə həyata keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 21-də 29 şəhər və rayonda
11-ci siniflər üçün keçirdiyi sonuncu buraxılış imtahanı orta ümumtəhsil
müəssisələrində təhsil alan 22748 şagirdi əhatə edib. İmtahan prosesinin idarə
olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq
imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi
nəzarətdə olub. Dövlət İmtahan Mərkəzinin mətbuata verdiyi məlumata görə, bütün
binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik
səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Aprelin 22-dən
etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına
başlanılıb. Xatırladaq ki, aprelin 7-si və 14-də də buraxılış imtahanları
keçirilib.
Valideynləri və abituriyentləri təkcə cavabların
qiymətləndirilməsinin uzun vaxt aparması deyil, həmçinin qiymətləndirmənin
insan faktoru ilə bağlı olması da narahat edir. Belə ki, açıq tipli
tapşırıqlara abituriyentin verdiyi cavabların nə dərəcədə obyektiv
qiymətləndirilməsi onlarda müəyyən suallar yaradıb. Məsələn, qızının aprelin
7-də buraxılış imtahanında iştirak etdiyini deyən valideyn Murad Əliyev, bu tipli suallara cavabların
qiymətləndirilməsi zamanı obyektivliyin 100 faiz qorunacağını nisbi hesab edir:
"Məsələ ondadır ki, bu tip sualların konkret cavab variantları yoxdur. Ona görə
də qiymətləndirmə birbaşa insan faktorundan asılıdır. Bu zaman
qiymətləndirmənin həqiqəti tam əks etdirib-etdirməyəcəyi, istər-istəməz,
müəyyən suallar, şübhələr doğurur. Digər məqam isə cavabların çox gec elan
olunması ilə bağlıdır”.
Bir neçə mərhələnin nəticəsi
Buraxılış
imtahanlarının gedişatı, nəticələri və yaranan narahatlıqlar barədə "Kaspi”nin
suallarını Dövlət İmtahan Mərkəzinin Mətbuatla
iş və elektron kommunikasiya sektorunun müdiri XanlarXanlarzadəcavablandırdı. Onun bildirdiyinə görə, qurum ümumilikdə 7, 14, 21 aprel tarixlərində
bütün ölkə üzrə11-ci sinifdə təhsil alanlar üçün buraxılış imtahanları
keçirib. Bu imtahanlarda 79 mindən artıq abituriyentin iştirakı nəzərdə
tutulurdu:"İmtahanların, xüsusilə buraxılış imtahanı kimi kütləvi
imtahanlarınidarə edilməsi özlüyündə mürəkkəb bir prosesdir.
İmtahanlarınkeçirilməsi, elmi-metodiki təminat, həmçinin təşkilati işlərə
hazırlıqaylar öncədən başlanılır. Ümumilikdə, həm mart ayında9-cu
siniflərin buraxılış imtahanlarının I mərhələsinin, həm dəaprel ayında
11-ci siniflərin buraxılış imtahanlarının (qəbulimtahanlarının birinci
mərhələsi) uğurla həyata keçirildiyini deyəbilərik. İstər təşkilati,
istərsə də elmi-metodiki baxımdan görülən işlərmüsbət qiymətləndirilib”.
DİM rəsmisi qeyd etdi ki, imtahanlarda abituriyentlər tərəfindəntörədilən
müəyyən qayda pozuntularına da rast gəlinib. Belə ki, hər dəfəimtahandan
qabaq maarifləndirmə işləri aparılmasına, iştirakçılar üçünimtahandan
öncə yaddaş kitabçaları hazırlanmasına, bütün qaydaların izahedilməsinə
baxmayaraq, az da olsa, qayda pozmağa meyilli abituriyentlərə yenə dərast
gəlinib: "Qeyd edim ki, bu abituriyentlərin imtahan nəticələri ləğvolunur
və onlar qəbul imtahanlarının ikinci mərhələsinə buraxılmırlar. İlboyu görülən
işlərlə yanaşı, hər imtahandan öncə də imtahanlardaiştirak edəcək
nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşlarıilə
təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxışkeçirilir,
imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahanverməsi üçün
zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsiməqsədi ilə
imtahan mərkəzlərinə imtahandan 1 gün öncə təkrar baxışkeçirilir və
imtahan zalları, giriş-çıxış qapıları, binalarmöhürlənməklə Daxili İşlər
Nazirliyi Baş Mühafizə İdarəsininəməkdaşlarının mühafizəsinə verilir.
İmtahan günü də şagirdlərin bilikvə bacarıqlarını nümayiş etdirmək üçün
tam zəruri şərait yaradılır”.
X.Xanlarzadənin
sözlərinə görə, bu imtahanlarda tapşırıqların müəyyən bir hissəsi açıq tipli,
yəniyazılı cavab vermək tələb olunan tapşırıqlar olub. Yazı işləri (açıq
tipli tapşırıqların cavabları) DİM və onun regionalbölmələrində müvafiq
təhlükəsizlik tələblərinə cavab verən ekspertiza(yoxlama) zallarında,
qapalı şəraitdə, kompüter arxasında markerlərtərəfindən yoxlanılır.
Markerlər hər birtapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın
xüsusiyyətləri nəzərəalınmaqla hazırlanan meyarlar əsasında
qiymətləndirirlər: "Qeyd edək ki, yazı işlərinin markerlər tərəfindənyoxlanılmasına
qədər materialların emalı bir neçə mərhələdən keçir. İlk növbədə tikilmiş və
kitabça formasında olan cavab vərəqləri kəsilərək"scan” olunmaq üçün
hazırlanır. Daha sonra hər bir yazı işi "scan”edilir və elektron
təsvirləri əldə olunur. Bu mərhələdə proqramvasitəsilə şagirdi
identifikasiya edə biləcək məlumatlar da vərəqlərdən silinərək şifrələnmə
aparılır. Növbəti mərhələdə isə xüsusi proqramvasitəsi ilə yazı işlərinin
tapşırıqlar üzrə elektron kəsilməsi həyata keçirilir və markerlərə təqdim
olunur. Yoxlama zamanı markerinkompüterinin monitorunda yazı işinin müəllifi
haqqında heç bir məlumat(ad, soyad, ata adı, şagird kodu, ünvan və s.)
verilmir. Monitordayalnız yazı işi, yazı işini qiymətləndirmək üçün
meyarlar və qiymətidaxil etmək üçün müvafiq sahə göstərilir”.
DİM rəsmisi bildirir
ki, imtahan materiallarının emalı kifayət qədər mürəkkəb vəuzun müddət
tələb edən bir prosesdir: "Məsələn, 9-cu siniflər üçün
buraxılışimtahanlarında ümumi yazı işlərinin sayı 3062 546 olsa da,
hər bir yazıişinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə
alsaq(markerlərin qiymətləri arasında fərq yarandıqda, həmin yazı işi
proqramtərəfindən 3-cü markerə göndərilir), ən azı, 6125 092 yoxlama işi həyata keçirilib. 2
istiqamətüzrə bu imtahanların nəticələri artıq elan olunub və yaxın 1
həftəərzində digər 2 imtahanın da nəticələri elan olunacaq”.
11-ci sinif
şagirdlərinin imtahan nəticələrinin emalına gəldikdə isə,
X.Xanlarzadəhazırda prosesin davam etdiyini bildirir: "Nəticələr
əvvəlcədən elan olunduğu kimi, yayqəbul imtahanları keçirilənədək açıqlanacaq.
Bir məsələni dəxatırladım ki, bu növ sonuncu imtahan hələ keçirilməyib və
aprelin28-də təşkil olunacaq”.
Şagirdlər və valideynlər nəticələr
elanolunarkən onlara məxsus səhifədə imtahan nəticələri, cavab vərəqinin
önvə arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların
doğrucavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə
qiymətləndirməmeyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli
vəqiymətləndirmə şkalası) ilə tanış ola biləcəklər.
İctimai nəzarət
olanda...
Qeyd edək ki, ölkə
başçısının 2016-cı il 16 yanvar tarixli
sərəncamı ilə "İctimai iştirakçılıq haqqında” qanun qəbul olunub. Sənədə görə,
bir sıra ali məktəblərdə, dövlət təşkilatlarında, nazirliklərdə, eyni zamanda
Dövlət İmtahan Mərkəzində İctimai Nəzarət Şurası yaradılıb. Əgər əvvəllər
yalnız imtahanlar zamanı bu proses həyata keçirilirdisə, artıq yeni təşəbbüs
bütün tədris prosesini əhatə edir. Belə ki, İctimai şuralar təsis olunan
qurumlarda şura üzvləri imtahanların gedişatını izləyir, "qaynar xətt”ə
nəzarəti təşkil edir, "Açıq qapı”larda, həmçinin şikayətlərin birgə
araşdırılmasında iştirak edirlər.
İctimai Şuranın üzvü Etibar Əliyev buraxılış imtahanının
gedişatını izləmək üçün DİM-ə dəvət olunduğunu deyir: "Təxminən 25 minə yaxın
abituriyentlər və keçmiş məzunlar, şagirdlər sınaq imtahanında iştirak elədi.
Biz prosesin necə şəffaf təşkil olunmasının texnoloji baxımdan şahidi olduq.
Prosesdə insan faktoru heç bir pillədə görsənmir. Baxmayaraq ki, açıq tipli
tapşırıqlarda mətnlərin tərtibi, mətnlərin kriteriyalar üzrə anlaşılması
markerlər tərəfindən yoxlanılır. Markerlər böyük zaman kəsiyində təlimlərdən
keçirlər. Bir şagirdin mətni anlayıb-anlamamasını və ya nə dərəcədə anlamasını
göstərən açıq tipli test tapşırığına onun tərəfindən verilmiş cavabı bir deyil,
iki marker yoxlayır. Əgər onların qiymətləndirilməsi arasında kəskin fərq
olarsa, üçüncü marker yoxlayır. Bu da zaman baxımından uzun çəkir. Hesab edirəm
ki, bunun ayrı yolu da yoxdur”.
Artıq kurikulumun 11-ci siniflərdə
tətbiq olunduğunu deyən təhsil eksperti hesab edir ki, bacarıqların üzə
çıxarılması üçün birmənalı olaraq açıq tipli test tapşırıqlarının verilməsi
labüddür: "Burada 22-nin 8-ə olan nisbəti abituriyentlərin xeyrinədir.
Tapşırığın 8-i açıq tipli test tapşırığıdır. Onların yalnız 3-ü mətnin dərk
olunması şərhini əhatə edir. Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, burda
valideynlərin narahatlığına heç bir əsas yoxdur. Əgər biz məktəbin qarşısına
qoyduğumuz yeni tələblərin əldə olunmasını istəyiriksə, bu cür yazmaq, şərh etmək,
riyaziyyat bacarıqlarının olması vacibdir. Hesab edirəm ki, DİM-in əsas niyyəti
bundan ibarətdir ki, bacarıqlar dəqiq ölçülsün və təhsilin qarşısında qoyulan
bir sıra vəzifələrin yerinə yetirilməsi imtahan prosesində öz əksini tapsın».
Təranə Məhərrəmova