• cümə axşamı, 25 aprel, 12:14
  • Baku Bakı 23°C

Buraxılış imtahanında aşağı nəticə göstərmiş rayonlar

06.11.13 13:34 1224
Buraxılış imtahanında aşağı nəticə göstərmiş rayonlar
Təhsil Nazirliyində 2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında aparılan tədqiqatın hesabatı hazırlanıb. Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib.
Həmin hesabatda buraxılış imtahanında 50 ən aşağı nəticə göstərmiş məktəblərin (Bakı Şəhəri üzrə) adları qeyd olunub. Ən aşağı nəticə göstərmiş 50 məktəbdən 17-si Sabunçu rayonunun payına düşür. Siyahıda növbəti yerləri Qaradağ (11) və Xəzər (10) rayonları tutur. Aşağı nəticə göstərmiş məktəblər rayonlar üzrə qeyri-bərabər paylanıb.
Bakı şəhəri üzrə Nərimanov, Binəqədi, Xətai, Səbail, Pirallahı rayonları, Təhsil Nazirliyinə tabe və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəblər aşağı nəticə göstərmiş məktəblərin siyahısında göstərilməyib.
Qaradağ rayonu ərazisində fəaliyyət göstərən məktəblərin 44%-i, Sabunçu rayonunda 37%-i, Xəzər rayonunda 32%-i 50 ən aşağı nəticə göstərmiş məktəblərin siyahısına daxildir.
banner

Oxşar Xəbərlər