• cümə, 19 Aprel, 22:54
  • Baku Bakı 24°C

“Buranova nənə”si olimpiadanın məşəlini aparacaq - ŞOK

07.08.13 14:31 1353
“Buranova nənə”si olimpiadanın məşəlini aparacaq - ŞOK
Rusiyanın “Avroviziya-2012” musiqi yarışmasının təmşilçisi “Buranova nənələri”nin 74 yaşlı solisti Qalina Koneva ansamblın ən dözümlü və sağlam üzvü kimi “Soçi-2014” olimpiadasının İşjevck mərhələsinin məşəlçisi seçilib.
Bu məlumat 22-ci Qış Olimpiya Oyunları Təşkilat Komitəsinin saytında yer alıb. Əlində məşəli aparacaq nənə 200-300 metr məsafə qət edəcək. Bunun üçün ona qaçmaq lazım gəlməyəcək. Belə ki, o, öz mərhələsini addımlayaraq keçə bilər.
Məlum olub ki, təşkilat komitəsi «Buranova nənələri”nin prodüserinə estafetdə iştirak etmək üçün hələ yaz aylarında müraciət edib. Bütün namizədlərin ərizələri verilib.
Qalina Nikolayevnanı isə fiziki cəhətdən daha möhkəm olduğu üçün seçiblər: «Mən idmanla bütün ömrüm boyu məşğul olmuşam. Əvvəlcə yüngül atletika ilə - 100 metrdən 200 metrə qədər qaçırdım. Bu, mənim məsafəm idi və bunu heç kimə vermirdim. Hələ mənim xizəksürmə idmanı üzrə birinci dərəcəm var. Düzdür, mən idman ustalığına namizəd olmadım. Çünki 3 uşağım, inəyim və ərim vardı. Onların hamısını yedizdirmək lazım idi. Məşq etməyə də vaxt yox idi. Mən məşqsiz respublika yarışlarına gedirdim. İndi isə xizəklə meşədə qaçıram».
Ansamblın solisti olimpiyada üçün yaradıcılıq planlarındakı yenilikləri də gizlətməyib: «Party for Everubody» mahnısı ilə Bakıda «Euroviziya»da iştirak etdik. İndi o mahnıdakı nəqaratı dəyişib «Olimpik geyms» sözləri səslənəcək. Mahnı idman ahəngində ifa olunacaq”.
banner

Oxşar Xəbərlər