• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

“Bura Omskdan da pisdir ki...”

07.01.19 12:40 553
“Bura Omskdan da pisdir ki...”
"Çelsi”nin sahibi Roman Abramoviç "Tottenhem”i ala bilərmiş.
Kaspi.az xəbər verir ki, Abramoviç 2003-cü ildə "Tottenhem”lə maraqlanıb. Bu barədə məlumat "Wall Street Journal”ın buraxdığı "Klub” kitabında yer alıb.
Abramoviç əvvəlcə "Arsenal”la maraqlanıb. Ancaq "topçular”ın satılmadığı məlum olduqdan sonra, rusiyalı milyarder İsveçrənin UBS bankına İngiltərənin futbol bazarını araşdırmaq üçün sifariş verib.
Həmin vaxt Abramoviçə "Tottenhem” təklif olunub. Milyarder Londonun Tottenhem Hay Roud bölgəsini gəzib və xoşlamayıb. Məlumata görə, Abramoviç bu bölgə barədə belə deyib: "Bura Omskdan da pisdir ki”.
banner

Oxşar Xəbərlər