• cümə axşamı, 25 aprel, 03:34
  • Baku Bakı 19°C

“Bunun qarşısı alınmalıdır” - Morninqstar

20.06.14 09:31 1109
“Bunun qarşısı alınmalıdır” - Morninqstar
“ABŞ da daxil olmaqla ATƏT-in Minsk qrupu həmsədrləri çox səylə çalışır ki, təmas xəttində gərginlik artmasın, cəbhədə atəşkəsin pozulması halları baş verməsin”.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir qeyd edib ki, bu məsələdən narahat olduğunu dəfələrlə bəyan edib: “Mən dəfələrlə qeyd etmişəm, bir daha vurğulamaq istəyirəm ki, təmas xəttində hər bir insan itkisi faciədir. Bunun qarşısı alınmalı, belə hallara yol verilməməlidir. Bunu təmin etmək üçün isə münaqişə birdəfəlik nizamlanmalıdır. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
banner

Oxşar Xəbərlər