• cümə, 29 Mart, 05:01
  • Baku Bakı 7°C

Bunu uşaqlıqdan arzulayırdım - “Barsa”nın “qatil”i

12.04.17 12:55 700
Bunu uşaqlıqdan arzulayırdım - “Barsa”nın “qatil”i
"Yuventus”un futbolçusu Paulo Dibala Çempionlar Liqasının 1/4 finalında "Barselona” ilə keçirilən oyundan (3:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Dibala nəticədən və oyunundan razı qaldığını deyib. O, belə məqamı uşaqlıqdan arzuladığını vurğulayıb:
"Biz yaratdığımız imkanların əksəriyyətindən istifadə etdik və yaxşı oyun göstərdik. Cavab qarşılaşmasına yaxşı əhvalda yollanacağıq.
Öz oyunumdan da razı qaldım. Hətta xoşbəxtəm. Belə məqamı uşaqlıqdan arzulayırdım. Biz özümüzə əmin idik və istədiyimiz nəticəyə nail olduq. Bilirik ki, "Barselona” evdə çox şeyə qadirdir. Amma biz də döyüşə hazırıq.
banner

Oxşar Xəbərlər