• cümə axşamı, 25 aprel, 18:05
  • Baku Bakı 21°C

“Bunu rədd edin” deyərdi, onun vaxtında belə etsəydi

28.09.18 12:25 470
“Bunu rədd edin” deyərdi, onun vaxtında belə etsəydi
"Mançester Yunayted”in sabiq futbolçusu Pol İns Poqbanı kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, İns Poqbanı komanda ətrafında gərgin vəziyyət yaratmaqda ittiham edib. O bildirib ki, fransız futbolçu Aleks Ferqyusonun vaxtında belə hərkət edə bilməzdi:
"Əgər Poqba Ferqyusonun vaxtında belə hərəkət etsəydi, o, belə deyərdi: "Bunu dərhal rədd edin”. O, Poqbaya görə komanda ətrafında gərginlik yaranmasına imkan verməzdi.
Hesab edirəm ki, onun taleyi artıq həll olunub və göndəriləcək. Deyirlər ki, guya Mourinyo ondan əvvəl gedəcək. Ancaq Ed Vudvordun belə hərəkət edəcəyinə inanmıram. O, hansısa futbolçunu komandanın mənafeyindən üstün tutmaz.
Əgər Poqba hər oyunda var qüvvə sərf edib, hamıdan yaxşı olsa, bəlkə də danışmağa haqqı olardı. Ancaq belə deyil axı. Pol Mourinyo ilə şəxsi intriqasını futboldan üst səviyyəyə çıxarıb”.
banner

Oxşar Xəbərlər