• cümə, 19 Aprel, 08:58
  • Baku Bakı 13°C

Bundestaqın saxlanması neçəyə başa gəlir?

09.10.18 15:30 411
Bundestaqın saxlanması neçəyə başa gəlir?
2019-cu ildə Bundestaqın saxlanması alman vergi ödəyicilərinə 974 milyon avroya başa gələcək.
AZƏRTACAlmaniyanın Federal Hesablama Palatasının məlumatlarına istinadla xəbər verir ki, bu məbləğ keçənilkindən 100 milyon avro çoxdur.
Binaların saxlanması üçün 137 milyon avro planlaşdırılır. Fraksiyalara daha 112 milyon avro ayrılacaq. Deputatlara ödənişlərin ümumi məbləği isə 460 milyon avroya yaxın olacaq.
AZƏRTACxəbər verir ki, bu maliyyələşdirmənin artırılmasının əsas səbəbi xalq elçilərinin sayının əhəmiyyətli dərəcədə artmasıdır. 2017-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra Bundestaqda 709 deputat fəaliyyət göstərir. Son 10 ildə deputatların sayı təqribən 100 nəfər artıb.
2012-ci ildə Federal Konstitusiya Məhkəməsi əvvəlki seçki sisteminin ölkənin Əsas Qanununa zidd olduğunu bildirib. Bu qərar belə adlandırılan "əlavə mandatlar”üzündən, "ikinci səslər”in (yəni partiya siyahılarına seçki dairələrində deyil, federal əyalətlərdə verilmiş səslərin) qeyri-mütənasib şəkildə paylanması ilə bağlı idi.
Bir il sonra seçki hüququnda aparılmış islahat nəticəsində kompensasiya mexanizmi tətbiq edildi – fraksiyaların say nisbəti "ikinci səslərin” hesablanması nəticələrinə uyğun olana qədər Bundestaqda yerlərin sayı artırılmağa başlandı. Nəticədə Almaniya parlamentində yerlərin sayı artmaqda davam edir, halbuki bu yerlərin nominal sayı 598-ə bərabərdir.
banner

Oxşar Xəbərlər