• cümə axşamı, 25 aprel, 20:22
  • Baku Bakı 21°C

Bundestaqa etiraz məktubu göndərildi

30.09.13 09:49 1089
Bundestaqa etiraz məktubu göndərildi
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi (AAKM) Almaniya Bundestaqına etiraz məktubu ünvanlayıb. Məktubda deyilir: “Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin bu addımı BMT və Avropa Parlamenti tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən qətnamələrə ziddir. Dağlıq-Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu regiona edilən bütü səfərlər Azərbaycanın idarə orqanları tərəfindən tənzimlənməlidir”.
Məktubda həmçinin qeyd edilir ki, Yürgen Klimkenin Dağlıq-Qarabağa qanunsuz səfəri Azərbaycanın ərazi bütövlüyünü tanıyan Almaniya Federativ Respublikasının da siyasətinə ziddir: “Onun heç bir ölkə tərəfindən tanınmamış qondarma respublikanın qondarma hökumət başçısı ilə görüşü, nəinki beynəlxalq hüquq normalarının pozulması və aqressorlara bəraət qazandıran bir hərəkət kimi, eləcə də Avropa İttifaqının, ümumiyyətlə, beynəlxalq qüvvələrin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı siyasətə qarşı atılan bir addım kimi qiymətləndirilə bilər. Bu isə Cənubi Qafqazda hökm surən mürəkkəb münasibətləri daha da gərginləşdirir və sülh danışıqlarına zərbə vurur”.
AAKM Almaniyada yaşayan azərbaycanlılar adından bu cür təhrikedici hərəkətlərin gələcəkdə qarşısının alınmasının zəruri olduğunu vurğulayır və hesab edir ki, belə bir nəzarət Azərbaycanın Avropa ölkələri, xüsusilə də Almaniya ilə münasibətlərinin, əməkdaşlığının daha da inkişaf etməsinə yardım etmiş olar.
banner

Oxşar Xəbərlər