• şənbə, 20 Aprel, 08:42
  • Baku Bakı 14°C

Bundan sonra bir mənzili bir neçə şəxsə sata bilməyəcəklər - Təkliflər var

12.12.14 12:37 1228
Bundan sonra bir mənzili bir neçə şəxsə sata bilməyəcəklər - Təkliflər var
Bir mənzilin bir neçə vətəndaşa satılması faktları ilə əlaqədar dövlət qurumları tərəfindən zəruri təkliflər hazırlanıb
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi çoxmənzilli binalarda bir mənzilin bir neçə şəxsə satılması sahəsində problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklər edilməsi ilə bağlı aidiyyatı qurumlarına təkliflər verib.
APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ramin Hüseynov deyib.
R. Hüseynov bildirib ki, bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində bir sıra cinayət işlərinin istintaqı gedir: “Bunların əsas səbəbi alqı-satqı müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə bağlanması, həmin müqavilələrin heç bir reyestrdə qeydə alınmamasıdır. Bununla əlaqədar qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi üçün aidiyyəti təşkilatlara təkliflər verilib”.
banner

Oxşar Xəbərlər