• cümə, 29 Mart, 06:12
  • Baku Bakı 5°C

Bulvarda siqaret çəkilməsinə qadağa qoyulur?

30.09.13 12:16 1423
Bulvarda siqaret çəkilməsinə qadağa qoyulur?
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında təkliflər səsləndirilib və dəyərləndirilib.
Deputat Qənirə Paşayeva bildirib ki, hazırda tütün və tütün məhsulları ilə bağlı qanunun qəbulu vacibdir. O qeyd edib ki, mövcud qanunvericiliyə əsasən 18 yaşına qədər uşaqlara siqaret satıla bilməz, ancaq mövcud durum fərqlidir: “İndi nəinki 18 yaş, 5 yaşından yuxarı uşaqların hamısına siqaret satılır. Ona görə də qanunvericiliyə yenidən baxılmalı və 18 yaşından aşağı uşaqlara siqaret satılmasının qarşısı alınmalıdır. Uşaqlara siqaret satanlar barədə də ciddi məsuliyyət nəzərdə tutulmalıdır”.
Spiker Oqtay Əsədov isə deyib ki, bu qanun layihəsi olduqca vacibdir və müzakirəyə çıxarılmalıdır: “İnanıram ki, yaz sessiyasına qədər bu qanun layihəsi işlənib hazırlanacaq və qəbul edəcəyik”.
Deputat Mussa Quliyev belə bir qanun layihəsinin Sosial siyasət komitəsində hazırlandığını söyləyib: “Ancaq bəzi problemlər var. Məsələn, Bakıda Dənizkənarı Milli Parkda siqaret çəkilməsinə qadağa qoya bilərik. Bu məsələlərə cəmiyyət hazır olmalıdır”.
Digər deputatlar da bu təklifi dəstəkləyib.
banner

Oxşar Xəbərlər