• cümə axşamı, 25 aprel, 09:25
  • Baku Bakı 14°C

Bulvarda Avropanın ən hündür karusellərindən biri istifadəyə hazırlanır

10.12.13 14:11 2268
Bulvarda Avropanın ən hündür karusellərindən biri istifadəyə hazırlanır
Dənizkənarı Milli Parkda tikilən və Avropanın ən hündür karusellərindən biri olan "Şeytan çarxı"nın Yeni il ərəfəsində istifadəyə verilməsi gözlənilir.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya açıqlamasında deyib ki, yeni karuselin dekabrın 25-dək sakinlərin ixtiyarına verilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, Yeni ilə hazırlıqla bağlı bu il Dənizkənarı Milli Parkın 15 yerində yolka ağaclarının qurulması nəzərdə tutulur. Onların hər birinin yanında Şaxta baba və Qar qız fəaliyyət göstərəcək. N.Məcidov qeyd edib ki, Şaxta baba və Qar qız ötən illərdə olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti Ticarət Departamentindən lisenziya aldıqdan sonra Dənizkənarı Bulvar İdarəsinin xüsusi komissiyasından keçdikdən sonra fəaliyyətə başlayacaqlar: “Bulvar ərazisində ən böyük yolka yeni tikilən karuselin qarşısında, yeni bulvar ərazisində quraşdırılacaq. Ötən il isə Kukla Teatrının arxasında quraşdırılmışdı. Şəhər sakinləri bulvar ərazisinin 15 yerində bəzədilmiş yolkaları, Şaxta baba və Qar qızları dekabrın 20-dən sonra görə biləcəklər”.
banner

Oxşar Xəbərlər