• çərşənbə, 24 Aprel, 15:15
  • Baku Bakı 27°C

Bulvarda 12 metrlik “Rezin ördək balası”

28.08.13 13:29 3117
Bulvarda 12 metrlik “Rezin ördək balası”
Hollandiyalı rəssam Florontijn Hofmanın ideyası ilə yaradılmış 12 metrlik “Rezin ördək balası” Bakıya gətiriləcək.
APA-nın məlumatına görə, təxminən beş mərtəbəli bina hündürlükdə olan ördək balası sentyabrın 5-də Dənizkənarı Milli Parkda suya buraxılacaq. Layihə “Baku Public Art” festivalı çərçivəsində reallaşacaq. “Rezin ördək balası” indiyədək dünyanın müxtəlif şəhərlərinin - Nyu York, Tokio, Osaka və San-Paulo kimi böyük şəhərlərinin körfəzlərində üzüb, yerli sakinlər tərəfindən maraqla qarşılanıb. Rəssam Florontijn Hofman bildirib ki, ördək balası yaşından və aldığı tərbiyədən asılı olmayaraq, hər kəsi barışığa çağırır, bir-birinə yad insanları qısa müddətə də olsa ayaq saxlamağa və ünsiyyət qurmağa məcbur edir.
Rəssam dünyada bu cür layihələri ilə tanınır. Florontijn Hofmanın 2010-cu ildə Braziliyanın San-Paulo şəhərinin mərkəzi parkında quraşdırdığı 15 metrlik “Kök meymun”, 2011-ci ildə İsveçin Orebro şəhərciyi üçün hazırladığı “Nəhəng sarı dovşan” və s. bu kimi əl işləri incəsənət aləmində maraqla qarşılanıb.
banner

Oxşar Xəbərlər