• cümə, 19 Aprel, 02:48
  • Baku Bakı 18°C

“Bulla-dəniz“ yatağının yerində yeni platforma quraşdırılacaq

04.11.13 09:16 1538
“Bulla-dəniz“ yatağının yerində yeni platforma quraşdırılacaq
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bulla-dəniz" yatağında qəza səbəbilə bir müddət əvvəl yanğın baş vermiş köhnə platformanın yerləşdiyi zonada yeni platforma tikmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
"Burada yeni quyu qazılmayacaq. Başqa quyu artıq yaxınlıqda yerləşəcək yeni platformada qazılacaq", - deyə Xoşbəxt Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, köhnə platformada yeni quyuların qazılması nəzərdə tutulmayıb, amma quyunun çox böyük debet göstərdiyi yataqda blokun ehtiyatları nəzərə alınaraq, burada yeni platforma tikiləcək. Yüksək nəticənin alındığı yeni blokun ehtiyatları 10 milyard kubmetr qaz həcmində qiymətləndirilir.
Qəzanın nəticələrinin aradan qaldırıldığı quyuya gəlincə, Yusifzadə qeyd edib ki, quyu artıq istismardadır, onun sutkalıq debeti 1,2-1,3 milyon kubmetr qaz və 200 ton kondensat təşkil edir.
banner

Oxşar Xəbərlər