• çərşənbə axşamı, 19 mart, 14:10
  • Baku Bakı 8°C

Bülənd Qorxmaz: Şopinq Festival Bakıya çox yaraşır

25.04.17 14:30 1089
Bülənd Qorxmaz: Şopinq Festival Bakıya çox yaraşır
"Qalatasaray” futbol klubunun və Türkiyə milli komandasının əfsanəvi oyunçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Bülənd Qorxmaz bakushopfest.com saytına açıqlamasında Bakıda keçirilən şopinq festivalı haqda fikirlərini bölüşüb.
"Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”, – deyə B.Qorxmaz bildirib.
Bir neçə il əvvəl məşqçilik fəaliyyəti ilə əlaqədar Bakıda yaşadığını xatırladan B.Qorxmaz mayın əvvəllərində buraya baş çəkərək şopinq festivalının sərfəli təkliflərindən yararlanacağını da istisna etməyib.
banner

Oxşar Xəbərlər