• şənbə, 20 Aprel, 06:57
  • Baku Bakı 14°C

Builki Azərbaycan Qran Prisi Formula 1-in tarixində ən mürəkkəb yarışdır

27.04.19 17:51 633
Builki Azərbaycan Qran Prisi Formula 1-in tarixində ən mürəkkəb yarışdır
Builki Azərbaycan Qran Prisi Formula 1-in tarixində ən mürəkkəb yarışdır.
Trend-in məlumatına görə, bunu mərhələnin promouteri Arif Rəhimov deyib.
A.Rəhimov deyib: "Trasda təhlükəli kombinasiyalar, şəhərin özünəməxsus landşaftı trası mürəkkəbləşdirir. Pilotların rəyləri, eləcə də Beynəlxalq Avtomobil Federasiyası ilə söhbətlər zamanı da təsdiq edirlər ki, başqa belə bir mürəkkəb tras yoxdur".
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.
banner

Oxşar Xəbərlər