• cümə axşamı, 02 may, 02:06
  • Baku Bakı 15°C

Bugündən ictimai nəqliyyatın hərəkəti bərpa olunur

14.09.20 09:30 419
Bugündən ictimai nəqliyyatın hərəkəti bərpa olunur
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.
Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.
Xatırladaq ki, bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti də bərpa edilir.

banner

Oxşar Xəbərlər