Buffonun yerinə 8 milyonluq qapıçı
Canluici Buffon
mövsümün sonunda "Yuventus”u tərk edəcək.
Kaspi.az xəbər
verir ki, "Yuve” rəhbərliyi artıq Buffona əvəzləyici tapıb. Turin nəhəngi
"Cenoa”nın qapıçısı Mattia Perina ilə anlaşıb.
Onun transferi
üçün 8 milyon avro ödənilib. 25 yaşlı qapıçı ilə 5 illik müqavilə bağlanıb.
Mattianın illik məvacibi 2 milyon avro olacaq.