• çərşənbə, 24 Aprel, 22:03
  • Baku Bakı 23°C

Büdcə gəlirləri 22 milyard 918 milyon manat təşkil edəcək

06.11.18 12:45 824
Büdcə gəlirləri 22 milyard 918 milyon manat təşkil edəcək
2019-cu il dövlət büdcəsinin layihəsi hazırlanarkən xam neftin satış qiyməti 60 dollar səviyyəsində götürülüb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə nazirinin birinci müavini İlqar Fətizadə deyib.
Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ÜDM-in 18 faizi həcmində olmaqla, mütləq ifadə ilə 22 milyard 918 milyon manat təşkil edəcək: "Bu da 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatdan çoxu qeyri-neft sektoru üzrə, 13 milyard 700 milyon manatı isə neft gəlirlərinin payına düşəcək".
Nazir müavini bildirib: "2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 316 milyon manat vəsait daxil olacağı proqnozlaşdırılır".
banner

Oxşar Xəbərlər