• çərşənbə, 24 Aprel, 20:41
  • Baku Bakı 23°C

Bu xarici nəqliyyat vasitələri yol vergisindən azad edildi - Fərman

26.05.16 17:51 1127
Bu xarici nəqliyyat vasitələri yol vergisindən azad edildi - Fərman
Prezident İlham Əliyev Vergi Məcəlləsindədəyişiklik edilməsi haqqında fərman imzalayıb.

AzərTAc-ın məlumatına görə, dəyişikliyə əsasən, Vergi Məcəlləsinə aşağıdakı məzmunda 212.6-cı maddə əlavə edilib:

"212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır:

212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.”.
banner

Oxşar Xəbərlər