• cümə axşamı, 25 aprel, 14:16
  • Baku Bakı 23°C

Bu Vətən sənin deyil!

24.05.18 17:58 1441
Bu Vətən sənin deyil!
Can Vətən! Gör kimlərə oğlum deyibsən, əzizləyibsən, bağrına basıb, qoruyub qollamısan! Heç düşünməyibsən ki, havanı udub çörəyini yeyən, şöhrət zirvəsinə sənin adınla qalxan, sənin bütün yüksək, dəyərli ödüllərini, mükafatlarını mənimsəyən, sənin sərvətini-dövlətini geninə-boluna mənimsəyən bu ...satqılar günlərin bir günü əsl simalarını göstərəcək, səni anasını, bacısını, arvadını, qızını satırmış kimi yadlara, düşmənlərə satacaq! Və sən bu "bəy" gədələrin, bu alçaqların sənə tuşlanan qəfil gülləsinə sinə gərməli olacaqsan! Mən bir dəfə yazmışdım:
Bəlkə "günah" sənindir, suyun , mayan harammış,
Söylə, axı bu qədər satqın, nadan hardanmış?
Qoy öpüm, sığal çəkim, görüm yara haranmış,
Bizi bağışlama, Vətən, ay Vətən!
Amma sən bağışlayansan, Vətən!
Axı sən ANAsan! Analar şikəst, yazıq, bədbəxt övladını da çölə atmaz, ən kritik anında yenə onun yanında olar!
Bilirsənmi, Ana Vətən!!!
Rüstəm İbrahimbəyov kimi bir alçağın, nadanın səndən üz çevirməsi, kiminsə qucağında oturub sənə şər, böhtan atması, səni kiminsə ayağına verməsi faciə deyil, faciə belələrindən Sənin imtina etmən, Sənin üzçevirmən olsun gərək! Yel qayadan heç nə aparmaz! Bu lənətlənmiş məlun da ömrü boyu sənin mənafeyin naminə bir iş görməyib ki! Özü üçün, şəxsi çıxarları, şöhrəti, məşhurluğu üçün Sənin səxavətindən bol-bol faydalanıb. Öz ana dilində güc bəla ilə danışan, bir yetimin başına sığal çəkməyən, bir şəhid ailəsinin ziyarətinə getməyən, ayağı, qan qoxulu Vətən torpağının sərhəd kəndlərinə dəyməyən bu adam nə bilsin ki, sən onun yox, qanı-canı, həyatı bahasına bu torpağı qoruyanların Vətənisən. Gözünü qırpmadan düşmən üstə yüyürən onlarla Aprel Şəhidimizin Vətənidir. Rüstəm kimilər əllərində badə Moskvanın elitar ziyafətlərində ermənilərin şərəfinə tost deyəndə, bizim jurnalistimiz təkbaşına bir sürü erməni siyasətçisinin cavabını vermək cəsarətindəydi. Sən və sənin kimilərsə bir dəfə də məftun olduğunuz Rusiyanın televiziya kanallarında bizim əleyhimizə təşkil olunan debatlarda iştirak etməyi lazım bilmədi! Niyə? Çünki, günah bizdədir! Günah sənin böyüklüyündə, adilliyində, səbrindədir, Vətən!
Gərək biz də ermənilər kimi bu "rusdilliləri" məcbur edəydik ki, ortalığa çıxıb mövqelərini nümayiş etdirsinlər, səs-səsə verib bayquş kimi o cavan və təklənmiş jurnalistin üstünə yüyürməsinlər! Rüstəmkimillər az deyil, Azərbaycanda və xarici dövlətlərdə ən gözəl evlərdə yaşayan, bu torpağın sərvətindən bəhrələnib onun mənafeyini nələrəsə dəyişən o qədər adı bizdən, əqidəsi yaddan olanlar var ki! Bu gün rüstəmlər gürcü şovinistləri ilə birləşib ermənilərə yaltaqlana, kimlərinsə qabağında quyruq bulaya bilərlər! Bu, onların - səni - Vətənini ana-bacısını satırmış kimi satanların şakəridir! Əkrəm Əylisli də satdı, hələ yenə kimlərsə satacaq, xaricdə oturub sənə daş atacaq! Çünki onlar səndən deyillər! Çünki onların İmanı yoxdur! "Vətəni sevmək imandadır” deyirlər ya! Bu gün bir "hayı” filminə qəhrəman edib öz millətini dünyanın ən qəddar, ən acımasız xalqı kimi tanıtmağa çalışan rüstəm ibrahimov ( bəy oğlu bəy belə gədalıq etməz!), bu Vətən sənin deyil! Bu Vətən bir övladını torpağa qurban verən o əli qabarı Atanındır! Bu Vətən şəhid oğlunun qanlı çəkməsini sinəsinə sıxan Ananındır! Bu torpaq 20 Yanvar qırğınından, Xocalı soyqırımından keçənlərin, Qarabağın qan yaddaşında adı qalan Şəhid oğulların, qazilərin Vətənidir! Sənin ancaq siqara, badə və bahalı qələm tutan əllərin heç vaxt 18-20 yaşında şəhid olan bir cavanın gözünü sığamayıb. Çünki, sən Qarabağa ermənilərin gözü ilə, erməni kimi baxırsan!
Amma heç darıxma! Günlərin bir günü MÜBARİZ İBRAHİMOV kimi bir oğul səni sürüyüb bu Vətənin ayağına-Haqqın, Ədalətin divanına gətirəcək! Bax onda, bir vaxtlar səni alqışlayan əllər başına gül səpməyəcək, on minlərlə insanın nifrəti, hirsi qarşısında sən çox aciz, cılız və miskin görünəcəksən! Bax, onda, o oğullar sındırılmış qələminlə sənin o qaralmış alnına bircə kəlmə yazacaq: SATQIN!
Satqının, nankorun, ermənilərlə və onların havadarları ilə iş birliyinə girən xainin isə Vətəni, milləti, siması olmur!

Telli Pənahqızı
banner

Oxşar Xəbərlər