“Bu ünsürlərin əsl dinlə heç bir əlaqəsi yoxdur”
Sosial şəbəkələr üzərindən edilən çağırışlar nəticəsində bir qrup
iğtişaşçının iyulun 10-da keçirdiyi aksiya zamanı iki polis zabiti qətlə
yetirilib. Hadisədən dərhal sonra özünü "siyasi mühacir” adlandıranların
bəziləri və saxta profillər üzərindən təxribata təhrik edənlər cinayət
hadisəsinə haqq qazandıraraq informasiya savaşına başladılar. Bu isə
Azərbaycandakı vətənə, dövlətə bağlı insanları, mətbuatı ayağa qaldırdı və
təxribata yönəlik çıxışların qarşısı alındı. Ümumilikdə belə hadisələr zamanı
medianın yanaşması necə olmalıdır?
Heç bir ölkədə açıq mətnlə insanları iğtişaşlara səsləyən qrup və şəxslərə güzəşt olunmur. Artıq ötən gün baş verən hadisələrlə bağlı cinayət işi başlanılıb, şübhəli şəxslər müəyyənləşdirilib”.
Baş verən hadisələrdə ölkə mediasının münasibətindən bəhs edən
N.Niftiyev əlavə edib ki, sözün həqiqi mənasında Azərbaycan cəmiyyətində fikir
formalaşdıran media orqanları obyektivlik nümayiş etdirdilər: "KİV haqqında” qanunu,
Jurnalistlərin Peşə Etikasını hər zaman gözləyən həqiqi jurnalistlər hadisələrə
düzgün qiymət verdilər. Sosial şəbəkələrdə mənbəyi bəlli olmayan qruplar
tərəfindən dövriyyəyə buraxılan informasiyalara etimad göstərmədilər”.
R.Arifoğlu qeyd etdi ki, məhz bu cür proseslərin gedişatını və onun
mahiyyətini xalqa, ictimaiyyətə çatdırılmasında media kapitanlarının və bir
sıra nyumedia nümunələrinin çox böyük xidməti oldu: "Hadisə baş verən andan
sabaha qədər media nümayəndələri iş başında oldular. Çünki baş verən proses tək
meydanda bir təxribat, qətl deyildir, eyni zamanda informasiya məkanında və
sosial şəbəkələrdə tüğyan edən və naməlum profillər tərəfindən müəyyən qədər dəstəkləyənlərlə
ideoloji müharibə idi. Bu baxımdan da onun qarşısına çıxa biləcək peşəkarlar
lazım idi. Çox şükürlər olsun ki, Azərbaycanda artıq bu imkanlar var. Polisi
qətlə yetirənlərin ələ keçməməsi ondan xəbər verir ki, bu, öncədən hazırlanmış
və peşəkarlar tərəfindən icra olunan xain aksiyadır. Burada nə xalqın, nə Gəncə
əhalisinin iştirakı var, nə də bu aksiya sosial və siyasi narazılıqları özündə
əks etdirmir. Bu, bir təxribatdır. Aksiya xarici güclərin ortaya çıxara
biləcəyi qüvvənin miqyasını göstərir, cəmi iki yüz nəfər. Ümid edirik ki,
aksiyanı keçirənlərə və onlara həm informasiya, həm də fiziki dəstək verənlər
qəti və ciddi şəkildə cəzalandırılacaq. Eləcə də dövlət bu prosesin qarşısını
alacaq və bununla da bütün dünya və ictimaiyyət görəcək ki, Azərbaycan dövləti
güclüdür, onu hər hansı kənar təsirlərə və şantajlara məruz qoymaq mümkün
deyil. Əminəm ki, xalqımız bu vəziyyətdən çıxacaq”.
"Bakı Xəbər"
qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev bildirdi ki,
Gəncədə baş verən hadisələrdə media hər zaman olduğu kimi dövlətin yanında
oldu: "Necə ki, biz bunun şahidi olduq. Açığını deyim ki, illər öncə buna oxşar
gərginlik yarananda mediamızda vahid mövqe nümayiş olunması o qədər də yüksək
səviyyədə deyildi. Amma görünür illər keçdikcə medianın daha çox vətənpərvər,
dövlətçilik mövqeyində formalaşması öz işini görüb. Sosial şəbəkələrdə tək-tək
çıxış edən məsuliyyətsiz adamları nəzərə almasaq, ümumən ölkənin mediası,
qəzetlər, internet media, televiziyalar bu hadisələrdə əsl dövlətçilik mövqeyi
nümayiş etdirdilər və xalq-hakimiyyət birliyinin nə qədər vacib olduğunun daim
təlqin olunmasının fərqinə vara bildilər”.
A.Quliyev vurğuladı ki, bu hadisələr ölkəmiz, dövlətçiliyimiz,
cəmiyyətimiz üçün növbəti uğurlu sınaqlardan biri idi: "O mənada ki, bir qrup
cinayətkarın xalqın dini hisləri ilə oynayaraq önə düşməsi, insanları yoldan
çıxarmağa çalışması, müxtəlif cinayətkar planlarının həyata keçirmək cəhdləri
Gəncədə iflasa uğradı. Xalq gördü ki, bu ünsürlərin əsl dinlə heç bir əlaqəsi
yoxdur. Bunlar sadəcə cinayətkar qruplaşmadır və ölkənin ictimaiyyəti bu cür
cəhdlərə nifrətlə və qəti etirazla reaksiya verdi. Gəncədə baş verən hadisələr
ölkədə sabitliyin, təhlükəsizliyin çox möhkəm şəkildə qorunduğunu bir daha
ortaya qoydu. Bu hadisələr iqtidarla xalqının, eyni zamanda şəxsən prezidentlə
cəmiyyətin arasında nə qədər möhkəm, qarşılıqlı bir anlaşmanın mövcud olduğunu
göstərdi. Təsadüfi deyil ki, xalq məhz hüquq-mühafizə orqanlarına dəstək verdi”.
BƏXTİYAR