• cümə, 29 Mart, 02:58
  • Baku Bakı 7°C

"Bu təkcə tibb işçilərinə deyil, bütün vətəndaşlarımıza olan qayğıdır"

19.03.20 23:36 646
"Bu təkcə tibb işçilərinə deyil, bütün vətəndaşlarımıza olan qayğıdır"
"Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkə başçısının bütün tibb işçilərinə, tibb xidmətinə olan qayğısı və diqqətidir". BunuSİA-ya millət vəkili Elman Məmmədov deyib.
"Hətta deyərdim ki, bu təkcə tibb işçilərinə olan qayğı deyil, bu ümumilikdə bütün vətəndaşlarımıza olan qayğıdır. Yəni əgər tibb işçiləri əziyyət çəkib normadan artıq saatlarla işləyib və hətta bəzən xəstələrlə ünsiyyətdə öz sağlamlıqlarını da təhlükə altına qoyub çalışırlarsa, tibb işçilərinin əməyinə bu qiymət verilir. Ancaq bu qiymət eyni zamanda ona görə verilir ki, onlar Azərbaycan vətəndaşlarının sağlamlığını qoruyur. Demək cənab Prezidentin bu addımı ümumilikdə bütün vətəndaşlarımızın təhlükəsizliyinə yönəlib ki, tibb işçilərimiz daha diqqətli, məsuliyyətli olmaqla vətəndaşlarımızın sağlamlığını qorumaqda daha da fədakarlıq göstərsinlər. Bu bütün vətəndaşlarımız üçün bir nümunədir. Hiss etsinlər ki, ölkə başçımız onların sağlamlığının keşiyində duranlara qayğı və diqqət göstərir. Bu çox vacib bir addımdır. Bunu təkcə biz Azərbaycan vətəndaşları olaraq demirik. Hətta bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) özünün münasibətində, hesabatlarında da göstərir ki, Azərbaycanda koronovirusla bağlı dövlət səviyyəsində çox yüksək səviyyəli tədbirlər görürülür və görülməkdə də davam edir. Ötən gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqına koronovirusla bağlı diqqəti, qayğısı Heydər Əliyev Fondunun dünyanın ən aparıcı dövlətlərində olan müəyyən avadanlıqların gətirilməsi, təchiz olunması ilə bağlı addımları və s. dövlət başçımızın, Birinci vitse-prezidentimizin xalqımıza, vətəndaşlarımıza olan qayğısıdır. Təbii ki, bütün bunlar alqışlanmalıdır”, - deyə, E.Məmmədov fikrini tamamlayıb.
banner

Oxşar Xəbərlər