• şənbə, 20 Aprel, 01:35
  • Baku Bakı 15°C

Bu şüarları eşidəndə çox təəccübləndim - Fatih Terim

14.11.13 08:12 1297
Bu şüarları eşidəndə çox təəccübləndim - Fatih Terim
Türkiyə millisinin baş məşqçisi Fatih Terim Superliqanın XI turunda keçirilən “Fənərbaxça” – “Qalatasaray” (2:0) matçında “sarı-lacivərdli” azarkeşlərin “İmperator Terim” şüarları səsləndirməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan təcrübəli mütəxəssis bu hadisəyə təəccübləndiyini deyib:
“Vəziyyət nə olursa-olsun, hər kəs hər şeyi izləyir və hər kəsin özünəməxsus fikri var. Cəmiyyət dəyişir və insanlar doğru bildiyi şeyləri dilə gətirirlər. Açığı, bu şüarları eşidəndə çox təəccübləndim. Fikrimcə, artıq ölkədə məni xüsusi insan kimi qəbul edirlər”.
Qeyd edək ki, Terim cari ilin sentyabr ayında “Qalatasaray”dakı baş məşqçi vəzifəsində kənarlaşdırılıb.
banner

Oxşar Xəbərlər