• cümə, 29 Mart, 00:47
  • Baku Bakı 7°C

Bu siniflərdə dərslər xalça üzərində tədris edilir – Reportaj - FOTOLARLA

21.10.16 11:43 7753
Bu siniflərdə dərslər xalça üzərində tədris edilir – Reportaj - FOTOLARLA
Sinifə ilk dəfə daxil olanda gözlərimizə inana bilmirik. Xalça döşənmiş sinif və sinifdə hamı evdəki kimi corabdadır. Dərs gedə-gedə bəzi uşaqlar ədəb-ərkanla xalçanın üzərində oturub müəllimə qulaq asır və suallarını cavablandırır, bəziləri isə ayaq üstə masanın arxasındadırlar. Hələ sinifdəki "ağaclar”, "buludlar”, "quşlar” bir ayrı mənzərədir. Özünü təbiət qoynunda hiss edirsən...
İncəsənət Gimnaziyasında 2 B "Sağlam təhsil” sinfindəyik. Rus bölməsi "Oxu” dərsi keçir. Müəllimlə şagirdlər arasındakı dialoq da ənənəvi siniflərdəkindən fərqlidir:
Müəllim: Siz ayının gəldiyini görüb dostunuzu qoyub ağaca çıxarsınız?
Şagirdlər bir ağızdan: Xeyr.
Müəllim: Niyə?
Şagird A: Çünki dostumuz tək qalıb qorxar.
Şagird B: Dostu tək qoymaq olmaz.
Şagird C: Mən olsam, dostuma da kömək edərəm, o da ağaca çıxar...


banner

Oxşar Xəbərlər