“Bu Sərgəni biri dayandırsın”

“Bu Sərgəni biri dayandırsın”

İdman
31 Oktyabr 2012, 14:41 1058
Futbolçu kimi öz oyunuyla milyonlarla insanı heyran qoyan Sərgən Yalçın şərhçi kimi isə eyni uğuru göstərə bilmir. O sarsaq və populist açıqlamalrıyla çox tez-tez gülünc vəziyyətə düşür. Sərgənin sözləri onun sabiq komanda yoldaşı Nihat Kahvecini boğaza yığıb.
Belə ki, hazırda "Vilyarreal"ın uşaq komandasında çalışan Nihat "Tvitter"dən Sərgəni sərt sözlərlə tənqid edib. Həmin vaxt "Kanaltürk"də yayınlanan "Top Bizdə" verilişinin canlı yayınında olan Sərgən üstüörtülü şəkildə Aleksi tənqid edərək bunları deyirdi: "Əcnəbilərə olan bu sevgimizin səbəbini anlamıram. Türkiyədə daim gündəmdə əcnəbilər olur. Halbuki mənim yüz dənə məşqçilik qabiliyyətinə malik yerli dostlarım var". Elə bu məqamda Nihat "Tvitter"dən bunları yazıb: "Bu Sərgəni biri dayandırsın. Aleks də daxil olmaqla o heç kimi bəyənmir. Ona məşqçi kimi təklif gəlməməsi normaldır Belə getsə ömrünün sonuna qədər şərhçi kimi qalacaq. "Hollandiya qrupda səfərdə heç kimi məğlub edə bilməyəcək" deyən bir insanın futbol savadı yoxdur. O, ən asan yolu - futbol şərhçiliyini seçib. Bununla da hamını istədiyi kimi tənqid edir". Eşitdiklərindən bir qədər şoka düşən Sərgən canlı yayındaca Nihatın cavabını verməyi lazım bilib: "Bəli, Hollandiyayla bağlı açıqlama vermişdim. Nihatın nə üçün belə danışdığını bilmirəm. Yaşı da məndən azdır. Mənim nə demək istədiyimi o anlamaz. Mən burda nə Nihat, nə də Alekslə bağlı bir söz dedim. Nihat burnu girmədiyi yerə başını soxur. Mənə "Tvitter"dən belə sözlər yazmağa ona kim haqq verib? Onun mənlə bu cür danışmağa cürəti çatmaz. Ümumiyyətlə, onun söhbətimizə nə üçün müdaxilə etdiyini anlamıram. Haradan bilir ki, mənə təkli gəlib, ya yox? Şərhçilik çox gözəl sənətdir. Növbəti verilişdə Nihata daha gözəl cavab verəcəyəm. Onun indi harada işlədiyini də bilmirəm".