• cümə axşamı, 25 aprel, 08:33
  • Baku Bakı 14°C

“Bu şansı qaçırmağa haqqımız yoxdur”

21.02.14 10:28 1177
“Bu şansı qaçırmağa haqqımız yoxdur”
“İnter”in gürcü yarımmüdafiəçisi Aleksandr İaşvili azerisport.az saytına müsahibəsində TPL-in 22-ci turu çərçivəsində “Neftçi”yə qarşı oyunda 2:2 hesablı heç-heçədən, və növbəti turda “Bakı”ya qarşı keçiriləcək oyundan danışıb:
- “Neftçi”yə qarşı bu qədər gərgin oyundan sonra “Bakı” ilə oyuna gücünüzü bərpa etmək mümkün olacaq?
- Lazımdır. Rəqib də asan vəziyyətdə deyil. Onların Lənkəran səfəri olub. Bizi çətin oyun gözləyir.
- Bir daha büdrəməkdən qorxursunuz?
- Əgər biz üçlüyə düşmək istəyiriksə, onda birbaşa rəqiblərimizi məğlub etməliyik. “Neftçi” ilə oyunda biz üçlüyə düşmək şansını qaçırdıq. “Bakı”ya qarşı oyunda isə bunu etmək olmaz.
- Sizcə, mövsümün sonunda liderlər üçlüyü necə olacaq?
- Rəqabət ciddidir. İndi təxmin etmək çox çətindir. Hətta geridə qalmış “Xəzər Lənkəran” bu mübarizəyə girişmək istəyir. Əgər mövsümün sonuna qədər rəqiblərlə nisbətdə az səhvlər buraxsaq, bu halda mükafatçılar üçlüyündə olacağıq.
- Oyunun nəticəsində razısınız?
“Neftçi” yaxşı komandadır. Güclü heyəti var. Ancaq biz onlara üç xalı hədiyyə etdik. Təbii ki, nəticədən məyusuq. Biz iki dəfə fərqləndik və hesabda irəli idik. 81-ci dəqiqədə ikinci qolu vurduq və oyunu məntiqi sonluğa çatdırmalı idik.
- Bəs nə çatmırdı?
- Haradasa, hesabı möhkəmləndirə bilmədik və qol buraxdıq. Nəticədə iki xal itirdik. Ancaq ən əsası, biz yaxşı oynayırıq və hər görüşdə xallar toplayırıq. Qarşıda mütləq qalib gəlməli olduğumuz “Bakı”ya qarşı oyun var.
- Hakim ikinci hissəyə cəmi bir dəqiqə əlavə etdi. Bu, sizi hakimlərin oyunun sonuna adətən az vaxt əlavə etdiyi Almaniya qaytarmadı?
- (Gülümsəyir) Necə isə buna xüsusi əhəmiyyət vermədim. Hakim belə qərara alıbsa, nə etməli? Onsuz da qərarı dəyişə bilməzsən. Bu oyun ancaq öz əllərimizlə iki xalı itirməyimizlə yadda qaldı.
banner

Oxşar Xəbərlər