“Bu rolum mənimlə evimə gəlir” - Fotolar
Cemal Hünal Türkiyədə tanınmış və
peşəkar aktyorlardandır. O, baş rola çəkildiyi "Issız adam” filmi ilə qısa bir
zaman içində nəinki Türkiyədə, elə ölkəmizdə də sevilən aktyorlardan birinə
çevrildi. Cemal Hünal "Kırmızı”, "Günce”, "Romantik komedi”, "Kaos Örümcek
Ağı”, "Ayaz”, "Peşpeşe”, "Ulak” kimi filmlərin əsas qəhrəman xarakterlərini
yaradaraq tamaşaçıların qəlbinə yol tapıb. Türkiyənin "Akşam” saytında Aysun
Yıldız Güngörlə görüşən aktyor maraqlı müsahibə verib.Müsahibəyə girişdə qeyd edilir
ki, Cemal Hünal şübhəsiz, həm ekranların, həm də teatrın ən istedadlı
aktyorlarındandır. Hünal bu dəfə həqiqətən yaşanmış bir həyat hekayəsindən bəhs
edən "Qızım və mən” filmində baş rolu canlandıracaq. O yeni obrazı ilə bağlı
jurnalistin verdiyi sualları cavablandırıb. Müsahibəsi zamanı özünün də həssas
bir ata olduğunu və üzərində böyük məsuliyyət hiss etdiyini bildirib.
- Hünal
bəy, "Qızım və mən” filminin mövzusu nədən ibarətdir?
- Əslində normal həyatda olduğu
kimi, bir ata və bir qızın hekayəsidir, amma eyni zamanda bu hekayə bir ailə
dramıdır. Ana olmadan bir ata təkbaşına qızını böyütməyə çalışır. İllər sonra həyatda
nə etmək istədiyinə qərar verə bilməyən bir ana xarakteri var. Ana qızını geri
istəyir. Bundan sonra isə ailədə böyük çaxnaşma başlayır. Filmdəki hadisələr
bunun üzərində qurulub.
- Cemal
Hünal bu dəfə necə bir xarakterlə izləyicilərinin qarşısına çıxacaq?
- Qızını təkbaşına böyütməyə
çalışan diqqətli bir ata bir obrazı ilə tamaşaçıların görüşünə gələcəm. Elə bir
ata ki, övlad yetişdirmək mövzusunda heç bir xəta etməmək çün əlindən gələni
edir. Eyni zamanda bu insan işini sevir və peşəkar bir polisdir. Öz sahəsi üzrə
inkişaf etmək onun üçün çox önəmlidir. Bəlkə də o bunun fərqində olmasa da, həyat
yoldaşını məhz bu xarakterinə görə itirib. Qısası, böyük bir məsuliyyət daşıyır
və onun özünə dair bir çox prinsipləri var. O heç bir səhvi bağışlamır.
-
Film həqiqətən bir həyat hekayəsindən götürülüb. Bunu düşünərək obrazı
canlandırmaq sizə nələr hiss etdirdi?
- Filmin hekayəsi həqiqətən gerçək
həyatdan götürülüb, ancaq bu filmdəki gerçək xarakterin kim olduğu ilə bağlı əsaslı
bir məlumatım yoxdur. Anladığım qədərilə, filmin prodüseri Saleh bəyin ən yaxın
dostudur. Filmin real hadisələrdən götürülməsi ssenarini daha duyğusal və
dramatik edib. Əslində bu ssenari bir insan olaraq mənə də təsirsiz ötüşməyib.
Aktyorluq üçün kifayət qədər qəribə fürsətlər verən bir xarakteri
canlandırıram. İlk olaraq layihə mənə təqdim ediləndə, ssenarinin bu qədər təsirli
və inandırıcı olması məni çox təəccübləndirdi və eyni zamanda təsirləndirdi. Məni
təsirləndirən digər məqam isə filmdən gələn bütün gəlirin şəhid ailələrinə
bağışlanacaq olması idi.
- Bəs
sizə bu filmdə rol almağı qəbul etdirən səbəb nə oldu?
- Əslində mənə belə bir layihəni
təqdim edən ərəfələrdə kifayət qədər işlərim var idi. Filmin təşkilatçısı
Yılmaz Dilsiz bəy şəxsən mənimlə əlaqə saxladı və onunla çox səmimi söhbət
etdik. Normal şərtlərdə belə film və ya digər görüşmələrimə tək getmirəm. Amma
Yılmaz bəylə özüm tək görüşmək istədim. Çünki filmin gəlirinin şəhid ailələrinə
gedəcəyini eşitdim. Bu filmdə oynamağım üçün onun təsiri böyük oldu. O, məni cəzb
etməkdə heç də çətinlik çəkmədi.
- Filmdə qızınıza həm analıq, həm də atalıq edirsiniz. Həqiqətən də belə
bir şey başınıza gələrsə, nə edərsiniz?
- Təbii ki, mənim üçün çox çətin
olar. Yəqin ki, anama daha yaxın olan bir evə köçərəm.
-
Oynadığınız rollarda ssenaridən kənara çıxdığınız hallar olubmu?
- Bəli, hərdən olub. İstədiyim
zaman ssenaridə mənə təklif olunan rolumdan kənara çıxa bilirəm. Bu mövzu ilə
bağlı heç bir çətinlik çəkmirəm. Çalışdığım rolun məni çox işğal etməsinə icazə
vermirəm. Normalda evə rol aparmıram, amma bu rolum digərləri kimi deyil. Mənimlə
evə də gəlir və mənə heç bir yük olmur. Yeni canlandıracağım bu obrazım məni hər
zaman həssas olmağa məcbur edir.
-
Hünal bəy, bir az da gündəlik rejiminizdən danışaq. Adi gününüz necə keçir?
- Normalda hər gün 5-də uşaq kimi
oyanıram. Günəşin işığı məni oyandırır. Gün işığını heç zaman qaçırmıram. Gecələrə,
qaranlığa o qədər də böyük marağım yoxdur.
- O
qədər erkən qalxıb nə edirsiniz?
- Tezdən durub, səhər 5-8 arası nələrsə
yazıram, ya da idmanla məşğul oluram. Hərdən bağa gedib istirahət edirəm. Amma
övladım dünyaya gələndən bəri anası rahat yata bilsin deyə, səhər durub oğlumun
oyanmaq saatını gözləyirəm. Məhz bunun üçün çox zaman səhərləri evdən çölə
çıxmıram. Oğlum oyananda ona yemək hazırlayıram, sonra həyat yoldaşım Lalə
üçün... Uşağı məktəbə aparıram. Daha sonra isə normal insanların günü necə
keçirsə, mənimki də elə.
-
Yaxşı bəs siz real həyatda necə atasınız?
- Hər şeyi anlamağa çalışa bilən
və anlayan bir atayam. 3 yaşındakı uşağına həddindən artıq uzun-uzadı, təkrar-təkrar
açıqlamalar verə bilən biriyəm. Zamanla aydın olacaq ki, biz bunun faydasını
görə biləcəyik, ya yox?
-
Atalıq hissi sizdə nələri dəyişdi?
-Artıq işdən boyun qaçırmıram (gülür).
Ata olmaq mənim həyata baxışımı dəyişdirdi. Kişilər həyatın bir çox həqiqətlərindən
və məsuliyyətindən asan şəkildə qaçırlar. Ata olduqdan sonra insanın həyatında
hər şey dəyişir. Subay olanda insana hər şey rahat olur, ata olduqdan sonra isə
hər şey çətinləşir.
-
Övladınızın aktyor olmasını istəyərsinizmi?
- Əgər övladım bunu həqiqətən sevərək
istəyərsə və bu işlə məşğul olarkən ondan ləzzət alacaqsa, niyə də olmasın. Həyatda
övladımın çalışdıqca onu daha yaxşı insan halına gətirə biləcək peşə ilə məşğul
olmasını istəyərəm. Nə olduğu heç vecimə deyil, yetər ki, ürəkdən istədiyi bir
işlə məşğul olsun.
- Beyninizdə canlandırdığınız hər hansı bir model varmı?
- Bəli var. Bu mənim atamdır.
- Ən
çox nəyə kədərlənirsiniz?
- Dünya üzərində yaşanan insan və
təbiətdəki faciələr məni çox üzür. Canlılara qarşı aşırı dərəcədə həssasam.
Tərcümə etdi: Xəyalə Rəis