Bu rayonlarda da peşə tədrisi mərkəzi açılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin
yaradılması planlaşdırılıb.
Nazirlikdən verilən məlumata görə, məqsəd həmin bölgələrdə
işsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarının tələblərinə uyğun peşələr
üzrə hazırlıq kurslarının təşkilində müasir infrastrukturun qurulmasıdır.
Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə
çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini
dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil
olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların
yeni yiyələndirkləri peşələr üzrə məşğulluğu təmin olunacaq.
Hazırda Nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində
peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.