• cümə axşamı, 18 aprel, 17:24
  • Baku Bakı 22°C

Bu qələbədən sonra rahat ölə bilər

29.04.19 16:07 677
Bu qələbədən sonra rahat ölə bilər
"Rayo Valekano”nun baş məşqçisi Fransisko Hemes "Real”la oyunda qazanılan qələbəni şərh edib.
Kaspi.az xəbər verir ki, Hemes imkanlarından qat-qat yüksək səviyyədə oyun göstərdiklərini bildirib. O, karyerası ərzində ilk dəfə "Real”a qalib gəldiyini də xatırladıb:
"Biz fantastik bir oyun keçirdik, dünyanın ən yaxşı komandalarından birini məğlub etdik. İmkanlarımızdan qat-qat artığını meydanda nümayiş etdirdik. "Real”ın hazırda heç bir motivasiyasının olmadığı fikrini isə qəbul etmirəm.
Buna qədər heç vaxt "Real”a qalib gələ bilməmişdim. Artıq bunu bacardım, indi rahat ölə bilərəm”.
"Rayo Valekano” "Real”a 1:0 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər