• cümə axşamı, 25 aprel, 08:02
  • Baku Bakı 14°C

“Bu məsələni uzatmaqda heç bir marağımız yoxdur“

09.09.13 15:40 1369
“Bu məsələni uzatmaqda heç bir marağımız yoxdur“
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend-in məlumatına görə, iclasda MSK sədri Məzahir Pənahov bəzi şayiələrə aydınlıq gətirib.
M.Pənahov qeyd edib ki, müəyyən qurumlar təəssürat yaratmaq istəyir ki, guya MSK seçki sənədlərinin yoxlanılması prosesinin şəffaf aparılmasına maneçilik törədir.
Sədr bildirib ki, istənilən beynəlxalq və ya yerli müşahidəçi, KİV nümayəndələri və digər şəxslər sənədlərin yoxlanılması zamanı müşahidə aparmağa dəvət olunur: "Bu qədər prosesdən sonra prosesə kölgə salmaq qərəzdən başqa bir şey ola bilməz. İstənilən namizədin imza vərəqələrinin yoxlanması ilə tanış ola və müşahidə apara bilərlər".
M.Pənahov deyib ki, MSK bu məsələdə maksimum əlindən gələni edir ki, bu proses şəffaf həyata keçirilsin: "Bəziləri sənədlərin yoxlanılmasının uzadıldığını iddia edir. Bizim bu məsələni uzatmaqda heç bir marağımız yoxdur".
banner

Oxşar Xəbərlər