• şənbə, 20 Aprel, 03:42
  • Baku Bakı 15°C

Bu komandanın qapıçısı olmağa nə var ki...

28.01.19 14:24 522
Bu komandanın qapıçısı olmağa nə var ki...
Yəqin ki, dünyanın ən rahat işi "Benfika”nın qadın komandasının qapıçısı olmaqdır.
Kaspi.az xəbər verir ki, Portuqaliyanın ikinci divizionunda mübarizə aparan "Benfika”nın qadın komandası 16-cı turda "Kasa de Povo de Peqo” klubuna 32:0 hesabı ilə qalib gəlib. "Benfika” bütün 14 qarşılaşmanın hamısında meydanı qalib tərk edib.
Komanda bu oyunlarda rəqib qapısından 293 top keçirib, öz qapısından isə bircə top da buraxmayıb. 32:0 hesablı qələbə isə Portuqaliya futbolunun tarixinə rekord göstərici kimi düşüb.
"Benfika” Portuqaliyanın ikinci divizionunda 2018-ci milin sentyabr ayından çıxış edir. Komanda elə ilk qarşılaşmada 28:0 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər