• cümə, 26 Aprel, 12:02
  • Baku Bakı 23°C

Bu jurnalistlər “Zərdabi mükafatı” aldılar - SİYAHI

19.07.13 12:13 1800
Bu jurnalistlər “Zərdabi mükafatı” aldılar - SİYAHI
Modern.az saytının məlumatına görə, tanınmış telejurnalist, şərhçi və publisist İbrahim Nəbioğlu çağdaş Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrə, Qənirə Ataşova (ANS TV) aktual mövzularda müsahibə və şərhlərə, Səadət Məmmədova (Yurd TV) “Sərt məntiq” verilişinə, Rəşad Rüstəmov (“Zerkalo” qəzeti) jurnalist araşdırmalarına görə H.B. Zərdabi mükafatı ilə təltif ediliblər.
Mükafatçılar arasında, həmçinin, Azərbaycan – Türkiyə əlaqələrindən bəhs edən “Baxıb Türkün Bayrağına...” kitabının müəllifi, publisist Namiq Əhmədov, ”168 - ci saat” həftəlik - analitik proqramının müəllifi və aparıcısı İnqlab Şirinov (EL TV, Yevlax), ölkənin ictimai - sosial həyatına həsr edilmiş silsilə məqalələrinə görə İlqar Rüstəmov (“Xalq qəzeti”), “Azadlıq” qəzetinin səhifələrində publisistik yazıları ilə çıxış edən Elnur Astanbəyli də var.
H.Zərdabi mükafatı ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacılının təşəbbüsü ilə təsis olunub. Mükafat sərbəst nominasiyalar üzrə verilir. Laueratlara diplom və pul mükafatı verilir.
banner

Oxşar Xəbərlər