• şənbə, 20 Aprel, 01:34
  • Baku Bakı 15°C

Bu, ixtisarları qaçılmaz edir - ARDNŞ

25.12.14 12:53 1129
Bu, ixtisarları qaçılmaz edir - ARDNŞ
“Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verərək Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirməkdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məqsədi iki zavodu bir mərkəzdən idarə etməkdir.
“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.
“Bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbər vəzifəsində 198 nəfər çalışır.
“Azərneftyağ” zavodunda da bir o qədər rəhbər vəzifədə çalışan var. Ümumilikdə isə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100 nəfər çalışır. Təbii ki, bir mərkəzdən idarə olunan müəssisədə 2 direktor, iki baş mühəndis ola bilməz. Deməli burada ixtisarlar qaçılmazdır. Bu iki müəssisənin idarəetmə aparatı birləşəcək və burada ədalətlilik şəffaflıq təmin ediləcək”, - deyə X. Məmmədov bildirib.
Vitse-prezident əlavə edib ki, “Azərneftyağ” zavodunda çalışan fəhlə kontingentinə ixtisarların aidiyyatı yoxdur.
Qeyd edək ki, SOCAR-ın 24 dekabr 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.
banner

Oxşar Xəbərlər