• cümə, 19 Aprel, 22:15
  • Baku Bakı 24°C

“Bu, İtaliya futbolunun ölümü olar”

30.04.20 13:15 571
“Bu, İtaliya futbolunun ölümü olar”
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin bildirib ki, yarımçıq qalmış çempionatın başa çatdırılmasında israrlıdır.
Kaspi.az xəbər verir ki, Qravin çempionatın yarımçıq dayandırılması ilə heç vaxt razılaşmayacağını bildirib. O, bu addımın İtaliya futboluna böyük zərər vura biləcəyini deyib:
"Nə qədər ki, federasiyanın prezidenti mənəm, çempionatın yarımçıq dayandırılması ilə razılaşmayacağam. Bu, İtaliya futbolunun ölümü olar.
Mən hər kəsin marağını qoruyuram, ona görə də bəyan edirəm ki, əgər tutarlı dəlillər yoxdursa, onda çempionatın dayandırılması ilə razı olmayacağam.
Bununla razılşamam üçün kimsə qarşıma tutarlı faktlar qoymalıdır. Əgər çempionat yarımçıq dayandırılsa, onda İtaliya futbolu 700-800 milyon avro itirəcək. Yox, çempionatı boş tribunalar qarşısında davam etdirsək, onda zərərimiz 300 milyon olacaq. Amma azarkeşlər də stadionda olsa, onda zərər cəmisi 100-150 milyon avro olacaq”.
banner

Oxşar Xəbərlər