Bu ilin sonunadək 4 ixrac missiyası həyata keçiriləcək
Bu ilin sonunadək 4 ölkəyə Azərbaycandan ixrac missiyası təşkil olunacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.
"Bu ilin noyabrında Çinin Şanxay, Rusiyanın Sankt-Peterburq şəhərlərinə, dekabrda isə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ixrac missiyaları həyata keçiriləcək" , - deyə Y.Abdullayev qeyd edib.