• cümə axşamı, 25 aprel, 20:57
  • Baku Bakı 21°C

Bu ilin sonuna kimi Azərbaycanda Rektorlar Şurası yaradılacaq

02.12.16 13:05 683
Bu ilin sonuna kimi Azərbaycanda Rektorlar Şurası yaradılacaq
Bu ilin sonuna kimi Azərbaycanda Rektorlar Şurası yaradılacaq.
APA-nın xəbərinə görə, bu barədə təhsil naziriMikayıl Cabbarov"Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Rektorlar Şurasının yaradılması üçün bu ay təsis iclasının keçirilməsini nəzərdə tutulur. Onun sözlərinə görə, belə bir şuranın yaranması ali təhsil problemlərinin həllinə yardım göstərəcək, eyni zamandaTəhsil Nazirliyivə təhsil mütəxəssisləri ilə birgə keçirilən ictimai müzakirələr ali təhsilə aid məsələlərinin həllinə töhfə verəcək.
M. Cabbarov əlavə edib ki, 2005-ci ildən Azərbaycan Bolonya prosesinə qoşulub, gənclərin xaricdə təhsili sahəsində ciddi nailiyyətlər əldə edilib: "2013-cü ildə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Sənədin missiyası ölkənin modernləşməsi üçün vacib olan insan kapitalının inkişaf etdirməkdir. Bu sənədi qəbul edərkən bəzi çağırışlarla rastlaşmaşmışdıq. Təhsil sahəsində vahid idarəetmə sistemi mövcud deyildi, təhsil müəssisələri və onların rəhbərlərinin fəaliyyətinin nəticələri əmək bazarının nəticələri ilə uyğun prioritetlər sırasında deyildi. Bolonya sisteminə keçid islahatı ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşmə islahatı ilə ölçülürdü. Bu da öz növbəsində ali təhsil müəssisələri və onların rəhbərləri qarşısında obyektiv çətinlik yaradırdı. Azərbaycanda güclü mərkəzləşdirilmiş vahid tələbə qəbulu sistemi olduğu təqdirdə ölkənin qoşulduğu beynəlxalq müqavilələrə əsasən xaricdə əldə edilən ali təhsil diplomlarının tanınması prosesi həddində artıq liberal idi”.
M. Cabbarov qeyd edib ki, sadalanan problemlər bu gün də qalır.
Lakin bir sıra məsələnin həllində əhəmiyyətli irəliləyişin əldə olunduğunu deyən təhsil naziri bildirib ki, ildən-ilə tələbə adını qazanan gənclərin sayı artır: "Bu artım tələbə qəbuluna olan tələblərin sərtləşdirilməsi ilə paralel baş verir. Belə ki, 2016-cı ildə ali məktəblərə rekord sayda - 35304 nəfər tələbə qəbul olunub, bu da ötən illə müqayisədə 7% çoxdur. Təhsilə şəffaflığın təmin edilməsi keyfiyyət standartlarında vacib şərtdir. Əvvəllər mövcud olan neqativ təcrübələr aradan qaldırılıb. Bütün ixtisasların təhsil proqramlarının yenilənməsi, aparıcı xarici ölkələrin ali məktəblərinin Azərbaycanda filiallarının açılması, birgə təhsil proqramlarının hazırlanması, ikili diplomların tətbiqi, xüsusi təlim şəraitinin yaradılması kimi mühüm işlər həyata keçirilib. Müstəqilliyimizin 25 iliyində əldə olunan nailiyyətlər təhsilin inkişafı üçün mühüm bünövrə rolunu oynayıb. Bu müddət ərzində 10-dan çox müxtəlif dövlət proqramı həyata keçirilib, məzmunu yenilənib, İKT-nin tətbiqi artıb, son 13 ildə 3000-dən çox məktəb binası tikilib, əsaslı təmir edilib. Bu da ölkədəki məktəblərin 70%-dən çoxunu təşkil edir. 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb”.
banner

Oxşar Xəbərlər